İŞ sədri əhalinin 60 faizinə "oxuduğunu anlamayan" deyən nazirin müdafiəsinə qalxdı, mətbuat katibi isə... - "Nazir niyə məsuliyyətsiz danışır?" - FOTOLAR
07-07-2023 [01:23]
"Elm və təhsil naziri Emin Əmrullayev çıxışında deyib ki, Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev sosial şəbəkədəki hesabında yazıb.
Onun sözlərinə görə, 2021-ci ildə ölkədə əhalinin sayı 10,2 milyon nəfər olub:

SAMİR ƏLİYEV
"Bunların 6,6 milyon nəfərinin yaşı 25 və yuxarıdır. Onların da 60%-i təxminən 4 milyon nəfər edir. Nazirin sözlərinə inansaq, bu qədər insan oxuduğunu başa düşmür. Bilmirəm nazir bu fikrə hardan gəlib. Əminəm ki, bu istiqamətdə araşdırma da olmayıb. Belə olan halda, nazir niyə məsuliyyətsiz fikir bildirir?
Oxuduğunu anlamamaq savadsızlığın bir elementidir. Hökumət də deyir ki, ölkədə savadlılıq 100%-ə yaxındır. Belə çıxır ki, nazir təmsil olunduğu, ona layiq olmadığı vəzifəni verən hakimiyyətin rəqəmlərini yalana çıxarır".
İqtisadçının sözlərinə görə, nazir nə danışdığını anlamır: "Mən düşünürəm ki, nazir nəinki qeyd etdiyi 60% kateqoriyasına daxildir, hətta deyərdim o heç danışdığını da anlamır".
Mia.az xəbər verir ki, ekspertin statusuna çoxlu şərhlər gəlib.
Hamı demək olar ki, naziri belə fikirinə görə tənqid edib.
Lakin Elm və Təhsil Nazirliyin yanında İctimai Şuranın (İŞ) sədri Günel Səfərova gözlənilmədən statusun altında "peyda" olaraq, "diplomatik" formada nazirin müdafiəsinə qalxıb.

GÜNEL SƏFƏROVA
O, Samir Əliyevə ünvanlı "Mən o tədbirdə idim və canlı da izləmək olur. Harda deyilib?", - deyə, yazıb.
İqtisadçı şura sədrinə cavab olaraq nazirin yuxarıdakı ifadəni işlətməsini təsdiqləyən APA-nən xəbərinin linkini (aşağıda screenshot-u verilib - Mia.az) şərh bölməsinə əlavə edib.
Sanki nazirliyin mətbuat katibi Cəsarət Valehovun işçisi kimi davranan Günel Səfərova bilmədiyi mövzu ilə bağlı susmaq əvəzinə, bu cavabla da qane olmayıb: "Canlı linki atacam sizə. Baxın, həvəsiniz olsa".
Samir Əliyev isə İctimai Şura sədrinə belə cavab verib: "Söz vermirəm, çalışaram. Canlıya qulaq assam, məncə, daha çox irad tapacam".
Diqqətçəkən budur ki, bu dialoqdan bir saatdan vaxt ötsə də, G.Səfərova həmin videonu şərh bölməsinə atmayıb.
Gecə saat 01.15-də isə nəhayət, nazirliyin mətbuat katibi C.Valehov statusun altında cavabı ilə görünüb.
O, ekspertə cavabını olduğu kimi təqdim edirik:

Nazirliyin rəsmi mərbuat katibi C.Valehov
"Samir müəllim, hər vaxtınız xeyir. Təəssüf edirəm ki, siz faktı təhrif etmisiz. Yəqin ki, hansısa mənbədən konteksti çıxararaq, bu məsələyə baxmısınız. Əslində, bugünki tədbirdə Emin müəllim oxuyub anlamaq bacarıqları ilə bağlı suala cavab verərəkən bu mövzuda danışıb. Və orada qeyd edib ki, bizdə oxuyub anlamaqdan daha çox ifadəli və ya sürətli oxuma bacarıqları formalaşdırılıb zaman-zaman. PİSA tədqiqatlarına istinadən bunu vurğulayıb ki ən çox əziyyət çəkdiyimiz oxuyub anlamaq bacarığı ilə bağlı olan məsələdir. Oxuyub anlamaq bacarığının zəif olmas savadsızlıq anlamına gəlmir. Məsələn, beynəlxalq dil imtahanları zamanı qısa müddətdə suallara daha düz cavab vermək bu bacarıq əsasında müəyyən olunur. Bu təkcə bizim deyil, həm də bütün dünyanın problem məsələsidir. Mən hər ehtimala videonu da yerləşdirirəm ki siz daha düzgün mənbədən xəbər tutasınız. Gecəniz xeyrə".
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi