Əli İnsanovun adından İlham Əliyevə əfv ərizəsini Novella Cəfəroğlu yazıb

img

22-05-2014 [14:17]


"Keçmiş səhiyyə naziri Əli İnsanovun adından əfv ərizəsini biz yazmışıq”. Modern.az saytı bildirir ki, bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu gözlənilən əfv sərəncamı haqda danışarkən deyib:

"Həmin ərizəni Əli İnsanovun, eləcə də digər məhbusların adından biz, hüquq müdafiəçiləri yazıb prezidentə göndərmişik. İctimai təşkilat olaraq bizim buna hüququmuz çatır. Əfv olacağına da əminik və gözəyirik”.

Novella Cəfəroğlunun sözlərinə görə, ərizəni həbsdə olan şəxs özü yazmaya da bilər.

Hüquq müdafiəçisi qeyd edib ki, bu gün monitorinq qrupunun iki üzvü - Səadət Bənənyarlı və Arzu Abdullayeva AŞPA-nın Bakıda olan sədri ilə görüşüb. Əli İnsanov başda olmaqla AŞPA-nın sədrinə siyasi məhbus siyahısı təqdim olunub. Əli İnsanov barədə söhbətlər aparılıb.

"Mümkün olduğu qədər onun əfv olunmasına nail olmaq istəyirik. Çünki, ona verilən cəzanın böyük hissəsini çəkib. Artıq cəzasının 1 il 1 ayı qalıb. Buna görə də əfv olunması mümkündür”.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA