Səhiyyə Nazirliyi Sabunçuda baş verən körpə ölümünün səbəbini açıqlayıb

img

22-05-2014 [14:16]


Səhiyyə Nazirliyi ötən gün Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanada baş verən körpə ölümünün səbəbini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli apa-ya açıqlamasında deyib ki, ana Fəridə Məhərrəmova hamiləlik dövründə güclü stress keçirib, bu da ana bətnində olan uşaq mənfi təsir edib. A. Qədirli deyib ki, ana hamiləlik dövründə ilandan qorxaraq stress keçirib, bir müddət psixiatr və nevropatoloq yanında müalicə alıb: "Bu da ana bətnində olan uşağa mənfi təsir edib. Uşaq doğuşdan sonra 2 gün reanimasiyada qalıb, 3-cü gün isə ürəyin dayanması nəticəsində ölüb. Ana güclü stress keçirdiyindən körpənin doğuşdan sonra sağ qalmayacağı əvvəlcədən gözlənilirdi”.

Qeyd edək ki, bu, ana Fəridə Məhərrəmovanın ilk hamiləliyi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA