Avropa Məhkəməsi İlqar Məmmədovun xeyrinə qərar çıxardı, 22 min avro təzminat

img

22-05-2014 [14:11]


Avropa Məhkəməsi İlqar Məmmədova 22 min avro təzminat verilməsi haqda qərar çıxardıAvropa İnsan Hüquqları Məhkəməsi REAL Hərəkatının məhbus sədri İlqar Məmmədovla bağlı qərarını açıqlayıb.

Vəkil Fuad Ağayev "Media forum” saytına bildirib ki, Avropa Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 20 min avro, vəkil xidmətinə görə isə 2 min avro, ümumilikdə 22 min avro təzminat ödəməlidir.

REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cu ilin yanvar ayında İsmayıllı rayonunda baş vermiş hadisələrə görə həbs olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA