Beynəlxalq Diaspor Mərkəzi Çexiyaya gedir

img

22-05-2014 [14:00]


Beynəlxalq Diaspor Mərkəzi (BDM) 26-28 may 2014-cü il tarixində Çexiya Respublikasında silsilə tədbirlər və görüşlər keçirəcək. 

Mərkəzdən Mia.az-a verilən məlumata görə, nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Çexiyanın Brno şəhərində fəaliyyət göstərən Massarik Universiteti və Texnoloji Universitetdə Qarabağla bağlı informasiya guşələrinin yaradılması” layihəsi çəçivəsində həyata keçiriləcək.

Avropanın tanınmış Massarik və Texnoloji Universitetlərində Qarabağın tarixi və Ermənistanın Azərbaycana qarşı təcavüzünü əks etdirən informasiya guşələrinin açılışı olacaq və eyni zamanda hər iki universitetdə "Qarabağ həqiqətləri” adlı konfranslar keçiriləcək. Nəzərdə tutulmuş tədbirlərdə BDM tərəfindən hazırlanmış ingilis dilində "Erməni təcavüzü (Armenian agression)” adlı film nümayiş olunacaq.

Həmçinin BDM tərəfindən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap edilmiş "History of Garabagh” adlı məlumatlandırıcı bukletlər də tədbir iştirakçılarına paylanacaq.

Tədbirlərdə Azərbaycanın Çexiyadakı səfirliyinin nümayəndələri, hər iki universitetin müəllim və tələbə kollektivi, Çex ictimaiyyətinin nümayəndələri, Çexiya, Slovakiya, Polşa və Avstriyada fəaliyyət göstərən BDM təmsilçiləri və diaspor fəalları, QHT və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Tədbirlərdə BDM sədri İsmayıl Ağayev və sədr müavini Samir Adıgözəlli, həmçinin BDM-in sıx əməkdaşlıq etdiyi Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) başqanı Göksel Gülbey də iştirak edəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA