Avropa separatizm adlı barıt çəlləyinin üstündə mürgüləyir - Rəsmi Paris ABŞ+Avropa İttifaqına qarşı və ya Fransa Rusiya və İranla müttəfiqdir?
05-07-2023 [14:00]
“The Wall Street Journal ” hələ may ayında belə yazmışdı: “Rəsmi Paris faktiki olaraq Rusiya və İranın Cənubi Qafqazda oyununu gücləndirən mövqe tutub”. Bu nə deməkdir? Yəni Fransa prezidenti Emmanuel Makron ABŞ və Avropa İttifaqının (Aİ) yeritdiyi rəsmi siyasətə qarşı çıxır.
O da məlumdur ki, Ermənistan-Azərbaycan danışıqlarına özünü zorla dürtən Emmanuel Makronu neytrallaşdırmaq üçün rəsmi Bakı prosesə Almaniya kansleri Olaf Şoltsun qatılmasına nail oldu. Almaniya da bu məsələdə ABŞ və Aİ ilə eyni mövqedə dayanır...
Bəs ABŞ və Aİ (+Almaniya) ilə Fransanın Ermənistan-Azərbaycan məsələsində konkret olaraq nə ilə bağlı fərqli yanaşma sərgiləyirlər? Söhbət məhz qondarma Dağlıq Qarabağdan gedir. Fransa Dağlıq Qarabağa muxtariyyət, mümkün olsa, hətta müstəqillik tələb edir...
Ermənistan mətbuatı yazır ki, Emmanuel Makron iyulun 1-də Fransa ermənilərinin lideri Murad Papazyanla söhbətində təxminən belə deyib: “Artsaxın gələcəyi ilə maraqlanan yeganə şəxs mənəm və danışıqlar prosesinin digər iştirakçıları (o cümlədən Almaniya kansleri Şolts və Avropa Şurasının prezidenti Şarl Mişel) onu (Qarabağı) Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edirlər”.
O da bəllidir ki, Nikol Paşinyan bir neçə dəfə qondarma Dağlıq Qarabağın Azərbaycanın tərk hissəsi kimi tanıdığını bəyan edib. Yəni Emmanuel Makron Ermənistanın rəhbərliyindən daha qatı erməni tərəfdarı kimi çıxış edir. Bu isə Avropa İttifaqı üçün böyük təhlükəyə çevrilə bilər. Niyə? Çünki separatizm təkcə Azərbaycanın problemi deyil. Avropada 260-a yaxın separatçı hərəkat var. Ona görə də “EuToday”in London nəşri
“Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Fransa üçün sərfəli olmadığını” vurğulayır. Söhbət Fransa istəyən həll modelindən gedir. Xatırladım ki, Fransanın daxilində də 12 separatçı hərəkat var. Bu mənada Fransa özü barıt çəlləyinin üstündə oturub. London nəşrinin fikrincə, bu vəziyyət Aİ daxilində qeyri-sabitlik faktoru ilə bağlıdır: “Əgər üzv dövlətlər Fransanın siyasətini davam etdirsələr, bu o deməkdir ki, Aİ-nin bir sıra üzv dövlətləri müstəqil şəkildə separatçı qurumları tanıyacaq, hətta ola bilsin ki, ayrı-ayrı milli azlıqları da tanıyacaq". Yəni Avropa İttifaqına daxil olan ölkələr ayrı-ayrılıqda separatizmə dəstək versə, Avropa İttifaqı darmadağın olub gedəcək...
Hazırda ABŞ+Aİ+Mütərəqqi Dünya Rusiya işğalına qarşı döyüşən Ukraynaya dəstək verir. Ukraynadakı müharibənin əsas səbəbi separatizmlə bağlıdır. Rusiya məhz Ukraynadakı separatizmə dəstək vermək üçün hərbi müdaxiləyə əl atıb. Faktiki olaraq separatizmin ucbatından dünya müharibəsinin bir addımlığındayıq. Nüvə müharibəsinin olmaq ehtimalı da çox yüksəkdir. Yəni separatizm kabus kimi bir şeydir. Bütün dünyanı dolaşır. Bunun fərqinə varmayanlar bu kabusun qurbanına çevrilə bilər...
Onu da unutmaq olmaz ki, ABŞ+Aİ Rusiyanın Moldova və Gürcüstan kimi ölkələrdə də dəstəklədiyi separatizmə qarşıdır. Məntiq onu deyir ki, hazırda Ukraynada faktiki separatizmə dəstək verən Rusiyaya qarşı vuruşan, Moldova və Gürcüstandakı separatizmə qarşı mövqe sərgiləyən Qərb erməni separatizmini alqışlaya bilməz.
Bir tarixə nəzər salaq: "Yaşasın azad Kvebek!" (Vive le Québec libre!) - Fransa prezidenti Şarl de Qollun 1967-ci il iyulun 24-də axşam meriyanın eyvanından Montrealersə salamlama nitqində səsləndirdiyi bu bədnam şüar bütün dünyanı lərzəyə gətirdi. Şarl de Qoll 1967 Expo sərgisinin açılışı ilə əlaqədar Kvebekin baş naziri Daniel Consonun dəvəti ilə Kanadaya planlaşdırılmış səfərdə idi. Meydana toplaşan şad-xürrəm insanlardan ruhlanan De Qoll hazırlıqsız çıxış etdi. Fransa-Kanada münasibətləri tarixinə de Qollun 1967-ci ildə Kvebekə səfəri 1759-cu ildə fransızdilli Kvebeki özünə tabe etdirən və onları sıxışdırmaq siyasəti yeridən Kanadanın anqlo-sakson elitasına “Qolçuların hücumu”nun kulminasiya nöqtəsi kimi düşdü.
Sonrası necə oldu? Prezident De Qollun çıxışı beynəlxalq qalmaqal yaratdı və bu qalmaqal qismən indi də davam edir. Hökumətin reaksiyası dərhal Ottavadan gəldi. Fransa prezidentinin çıxışı Kanada tərəfindən təxribat kimi qiymətləndirildi. Fransa-Kanada münasibətləri kəskin şəkildə pisləşdi. Beynəlxalq mətbuat, o cümlədən Fransanın “Le Monde” qəzeti prezidentin çıxışını diplomatik protokolun pozulması kimi qiymətləndirdi. İngiltərə-Kanada mətbuatı və siyasətçiləri də öz növbəsində Breton milli hərəkatını boğduğuna görə Fransanın özünü qınamağa başladılar. Bu isə Fransada separatizmin alovlanmasına səbəb ola bilərdi. Necə deyərlər, Fransa büllur sarayda oturub ora-bura daş atmışdı. Bu təhlükəni görən Fransa anqolo-saksonların qarşısından biabırçı şəkildə qaçdı. Və Kvebek məsələsini bir daha açıb-ağartmadı.
Fransa Kvebekdə separatizmə dəstək verdiyi kimi indi də qondarma Dağlıq Qarabağda separatizmə dəstək verir. Aydındır ki, Fransa bu dəfə də biabırçı şəkildə geri çəkilməli olacaq. Çünki mahiyyətdə söhbət Azərbaycandan yox, bütövlükdə Avropa İttifaqının gələcəyindən gedir. Avropa İttifaqı isə öz təhlükəsizliyini bir ovuc erməniyə qurban verə bilməz.
Elbəyi Həsənli, Sürix
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi