22-05-2014 [13:01]
Bu gün İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) və Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Əlilliyi
olan şəxslərin hüquqları haqqında” Konvensiyaya dair Azərbaycan
hökumətinin ilk hesabatına ilə bağlı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları
üzrə Komitəsinin tövsiyələrinin birgə müzakirəsinə həsr olunmuş
dəyirmi masa keçirilib.
Nazirlikdən Mia.az-a
daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili Elmira
Süleymanova hüquqi cəmiyyət quruculuğunun geniş vüsət aldığı Azərbaycanda sosial
qanunvericiliyin, o cümlədən əlilliyi olan şəxslərlə bağlı hüquqlar sisteminin
qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsinin dövlətin mühüm
prioritetlərindən biri olduğunu qeyd
edib. E.Süleymanova BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında”
Konvensiyasının 2008-ci ildə Azərbaycan tərəfindən qəbul olunmasını
və Konvensiyanın icrası istiqamətində artıq müvafiq işlərin görülməsini ölkənin
bu sahədə irəliyə doğru yeni mühüm addımı kimi dəyərləndirib. Ombudsman Konvensiyanın
icrası ilə bağlı Azərbaycanın hesabatına dair BMT-nin Əlilliyi olan şəxslərin
hüquqları üzrə Komitəsinin tövsiyələrinin də ciddi şəkildə nəzərdən
keçirilərək müvafiq tədbirlərin həyata keçiriləcəyinə ümidvar olduğunu
bildirib.
Əmək və əhalinin sosial müdafiəsi
naziri Səlim Müslümov dinamik tərəqqi dövrünü
yaşayan Azərbaycanın eyni zamanda özünün sosial dövlət statusunu bütün istiqamətlərdə
doğrultmaq əzmində olduğunu qeyd edərək, Prezident cənab İlham Əliyevin vətəndaş
firavanlığının təminatına xidmət edən siyasətinin əlilliyi olan şəxslər üçün də
mütərəqqi yanaşmalar üzərində mükəmməl hüquqi baza yaradılmasını şərtləndirdiyini
vurğulayıb. "Hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri
əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Müqayisə üçün
bildirim ki, Azərbaycanda əlilliyin
səviyyəsi digər ölkələrə nisbətən aşağıdır.Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına əsasən dünya əhalisinin 15 faizi belə şəxslərdən ibarətdir”.
Nazir bildirib ki, əlilliyin qarşısının
alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, eləcə də
onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri
üçün şəraitin yaradılması həm ölkəmizin Konstitusiyasında, həm əsas strateji sənədi
olan "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həm də müvafiq
hüquqi-normativ sənədlərdə təsbit olunub: "Qüvvədə olan "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası
və sosial müdafiəsi haqqında” Qanun 1992-ci ildə qəbul edildiyi üçün
konvensiyanın müddəalarını tam əhatə edə bilmir. Buna görə də "Əlilliyi olan şəxslərin
hüquqları haqqında” yeni Qanun layihəsi hazırlanaraq Nazirliyin vebsaytında
yerləşdirilmiş, beynəlxalq ekspertlər tərəfindən baxılmış və BMT-nin Əlilliyi
olan şəxslərin hüquqları üzrə Komitəsinin rəylərinin də nəzərə alınması məqsədi
ilə həmin qurumun Cenevrədəki ofisinə göndərilmişdir. Yeni qanun layihəsi
Konvensiya ilə ölkənin üzərinə götürdüyü bütün öhdəlikləri, o cümlədən bu sahədə
dövlət siyasətinin əsas prinsipləri, dövlət
təminatları, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin
abilitasiyası və reabilitasiyası,
məşğulluq, əlil şəxslərin sosial təminatları kimi məsələləri əhatə edir. Bununla yanaşı, "Əlilliyi
olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2015-2020-ci illər üçün Milli Fəaliyyət
Proqramı”nın layihəsi hazırlanmışdır. Bu layihə də Nazirliyin vebsaytında yerləşdirilmiş
və müvafiq dövlət orqanları ilə razılaşdırılması üçün həmin orqanlara göndəriləcəkdir”.
Nazir çıxışında əlilliyi olan şəxslərin
layiqli həyat səviyyəsi və sosial müdafiə hüququnun təmin edilməsi ilə bağlı müxtəlif
istiqamətlərdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb: "Respublikada əlilliyi olan şəxslərə əlilliyə görə
əmək pensiyaları, sosial müavinətlər və prezident təqaüdləri ödənilir. Əmək pensiyası
alanların 27%-i, sosial müavinət alanların 57,2%-i, prezident təqaüdü alanların
isə 52,2% -i əlilliyi olan şəxslərdir. 2006-2013-cü illər ərzində əlilliyə görə
əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə
2,6 dəfə artırılıb”. S.Müslümov həmçinin
"Sosial xidmət haqqında” Qanuna əsasən, evlərdə və sosial xidmət müəssisələrində
ümumilikdə 3666 nəfər tənha əlilliyi olan
şəxsə sosial xidmət göstərildiyini bildirib: "Müvafiq qanunvericiliyə əsasən, əlillərin
məşğulluğu üçün müəssisələrdə kvotalar nəzərdə tutulub. 2009-2013-cü illərdə məşğulluq
mərkəzlərinə müraciət edən 2468 nəfər əlilliyi olan şəxsdən 1089 nəfəri işlə təmin
olunub. Belə şəxslərdən 202 nəfəri peşə hazırlığı kurslarına, 60 nəfəri isə
haqqı ödənilən ictimai işlərə cəlb olunub”.
İndiyədək dövlət hesabına 4300-dən çox
əlilliyi olan şəxsə avtomobil, 5000-ə yaxın əlilliyi olan şəxsə isə mənzil verildiyini,
cari ildə bu prosesin daha da sürətləndirildiyini qeyd edən S.Müslümov hazırda
ölkədə olan əlillərin 15 reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyini deyib:
"Bu mərkəzlərdə hər il orta hesabla 8000 nəfər dövlət hesabına tibbi-sosial
reabilitasiya olunur, 5000 nəfərə yaxın şəxs isə protez-ortopedik məmulatlar və
reabilitasiya vasitələri ilə təmin edilir”. Nazir çıxışı zamanı əlilliyi olan şəxslərin
istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması sahəsində görülən işlərdən
də danışıb.
S.Müslümov daha sonra nəzərə çatdırıb ki,
BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 2014-cü ilin 1-2 aprel
tarixlərində Cenevrədə keçirilmiş 125-ci və 126-cı iclaslarında ölkəmizin bu
sahədə gördüyü işlər barədə ilkin məruzəsi dinlənilib. Azərbaycanın Komitənin hesabatlar
üzrə təlimatına uyğun hazırlanmış ilkin hesabatı Komitə tərəfindən məmnunluqla qarşılanıb.
Həmin iclaslarda ölkəmizin müvafiq nazirlik və qurumlarının nümayəndələrindən ibarət
yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunması, Komitə üzvlərinin suallarının
səmimi cavablandırılması yüksək qiymətləndirilib. Nazir Azərbaycanın hesabatı
ilə bağlı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin əsas tövsiyələrini
tədbir iştirakçılarının nəzərinə çatdırıb. Nazir Komitə tərəfindən verilən rəy
və tövsiyələrin ölkəmiz tərəfindən diqqətlə
nəzərdən keçirilərək aidiyyatı üzrə işlərin aparılacağını və əlilliyi olan şəxslərlə
əlaqədar milli qanunvericiliyin daha da təkmilləşdiriləcəyini vurğulayıb.
Tədbirdə Milli Məclisin Sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli,
ayrı-ayrı dövlət qurumlarının, əlilliyi olan şəxslərin ictimai birliklərinin nümayəndələri öz fikirlərini ifadə ediblər. Dəyirmi
masada BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin tövsiyələri geniş
müzakirə olunub, təkliflər irəli sürülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi