Fransanın qanlı siması və ya Makronun dəhşətli planı... - Politoloqdan açıqlamalar
03-07-2023 [14:23]
İyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı Əlcəzair əsilli Fransa vətəndaşını güllələyərək öldürməsindən sonra ölkədə kütləvi aksiyalar və iğtişaşlar davam edir.
Mia.az xəbər verir ki, Fransa polisi artıq 719 nəfəri saxlayıb, baş verən toqquşmalarda 2 nəfər ölüb.
Ölkənin daxili işlər naziri Jerald Darman tviter səhifəsində 45 min polis və jandarmın aktiv şəkildə vəzifə başında olduğunu qeyd edib.
Bundan başqa, Denan, Krua və Rube kimi şəhərlərdə iğtişaşlarla mübarizə aparmaq üçün komendant saatı tətbiq edilib.
Bu və ya digər məqaları Mia.az-a şərh edən politoloq Turan Rzayev deyir ki, Fransadakı aksiyaların günü-gündən şiddətlənməsi və Makron hakimiyyətinin problemi həll etmək yerinə polis və jandarmları aksiya iştirakçılarının üzərinə göndərməsi faktiki olaraq rəsmi Parisin dövlət böhranı içərisində olduğunu göstərir:
"Halbuki nümayişçilərin tələbi 17 yaşlı Naelin qətlinin ədalətli araşdırılmasıdır. Makron hakimiyyətinin məsələyə laqeyd yanaşması, açıq şəkildə irqi, etnik və dini ayrı-seçkiliyi, dinc aksiya iştirakçılarına qarşı polis zorakılığından istifadə etməsi prosesləri daha da gərginləşdirir.
Mövcud aksiyalar həm də dünyaya insan haqları, demokratiya dərsi keçən Fransanı içdən nə qədər çürümüş və neqativ idelogiyalarla bəslədiyinin göstəricisidir. Bu ölkə qeyri-fransızlara 2-ci, 3-cü dərəcəli vətəndaş kimi yanaşır, islamafobiya, antisemitizm, neonasizm kimi neqativ tendensiyalar ilə içdən-içə çürüyür. Cəmiyyətdə bu tipli bölünmənin yaratdığı qütbləşmə hazırda aksiyalar fonunda özünü göstərir.
Fransadakı hazırkı böhranlı vəziyyət Makron rejiminin yarıtmaz siyasətinin bəhrəsidir. O, hazırda prosesləri sakitləşdirmək yerinə Yelisey sarayında keçirdiyi toplantıda “Hökumət polisin və jandarmın tərəfində olacaq” deyib. Etiraz aksiyaları fonunda Fransanın qərbində nümayişçilərlə ifrat sağçılar arasında toqquşmalar olub. Ümumiyyətlə, ultra-sağçı qrupun küçələrə çıxması Fransadakı aksiyaların motivini dəyişə bilər. Qəzəbli kütlənin başqa qəzəbli qrupla toqquşması prosesləri vətəndaş qarşıdurmasına, müdaxilə edilməyəcəyi təqdirdə isə vətəndaş müharibəsinə keçirə bilər".
Politoloqun sözlərinə görə, ehtimal ki, ultra-sağçı qrupun küçələrə çıxması və aksiyaçılarla toqquşması Makron hökumətinin planıdır: "Polis və jandarmların ardınca Makronun ultra-mülkiyyətçiləri aksiyaçılara qarşı irəli sürməsi etirazların miqyasını böyüdəcək. Bu prosesdə Makronun istefası şüarlarının da səsləndirilməsi mümkündür".
Samir
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi