Sumqayıtda əsgər özünü güllələyib-Yenilənib-Özəl

img

22-05-2014 [09:42]


Sumqayıtda faciəvi hadisə baş verib. MİA-nın xəbərinə görə, bir əsgər özünü güllələyib. Yaralını Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriblər. Lakin əsgərin vəziyyəti ağır olduğundan onu xəstəxanaya qəbul etməyiblər. Yaralı dərhal hospitala aparılıb.

Məsələni araşdıracağıq.

**** 

Məsələylə bağlı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından MİA-ya bildiriblər ki, əsgər yaralı vəziyyətdə xəstəxanaya gətirilib, dərhal əməliyyat olunub. Sonra Sumqayıt şəhərində yerləşən hospitala yerləşdirilib. 

*** 

Apardığımız ilkin araşdırmaya görə, özünü güllələyən Daxili Qoşunların əsgəridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA