Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
27-06-2023 [00:13]
Qoç - yaşam potensialı yüksəkdir. Enerjili, aktiv olun. Ən çətin işləri həll etməyə çalışarkən inadla işləyin. Əvvəlcədən hazırlanmış planları həyata keçirmək üçün münasib zamandır. Cəsarətli ideyalarınızı yaxın ətrafınızdakı insanlar dəstəkləyəcəklər. Yaradıcılıq eksperimentləri uğurlu olacaq.
Günün ikinci yarısı təriflənəcəksiniz. Maraqlı tanışlıqlar olacaq. Romantik görüşlər pis keçməyəcək. Axşam saatlarında aktiv istirahəti seçin. Problemləri müvəqqəti olsa da, unudun.
Buğa - indiyədək münasibətlərinizin soyuq və gərgin olduğu insanlarla da dil tapa biləcəksiniz. Peşəkar fəaliyyət müstəvisindəki problemlərlə yanaşı, şəxsi münasibətlərdəki anlaşılmazlıqları həll etmək üçün əlverişli gündür. Yaranmış situasiyanı dürüst qiymətləndirin, yanlış qərarlar qəbul etməyin. Gəlirlər, hədiyyələr istisna deyil.
Alış-veriş pis olmayacaq. Günün ikinci yarısı indiyədək olmadığınız yerlərdən birinə yollanmaq üçün pis deyil. Evdə qalmaq fikriniz varsa, yaşam arealında dəyişikliklər edə bilərsiniz. Axşam saatlarını sakit istirahətə həsr edin. Maraqlı kitab, yaxşı film və keyfiyyətli musiqi əhvalınızı yaxşılaşdıra bilər.
Əkizlər - yeni təəssüratlar istəyi böyükdür. Adi günlərdən fərqli olaraq impulsiv davranmayın. Yaxın ətrafınızdakı insanları emosional, bəzən də çılğın qərarlarla təəccübləndirməyin. İndiyədək aşkarlamadığınız bilik və bacarıqlarınızı nümayiş etdirərək soyuqqanlı, təmkinli çalışın. Alış-veriş və sövdələşmələr üçün əlverişli gündür.
Səhər saatlarında yaxşı olan əhvalınız pis olmasa da, saatlar keçdikcə durumunuz pisləşə bilər. Səhhətinizdə problemlərin yaranmaması üçün diqqətli olun. Ağır işləri təxirə salın. Fiziki işləri ertələyin. Qayğınıza qalın.
Xərçəng - müsbət təmayüllərin təsir gücü artır. Yaşamınızda yaxşı dəyişkiliklər ola bilər. Dəyərli təcrübə, yeni biliklər əldə edə bilərsiniz. Onlardan bir müddət sonra yararlanmaq olar. Uzaqdan gəlmiş insanlarla təmaslar üçün əlverişli zamandır. Xərclər çox olmayacaq. Gəlirlər isə gözləntilərinizdən də artıq ola bilər. Alış-verişdə çox pul xərcləməyə tələsməyin. Axşam saatlarını yaxınlarınızla ünsiyyətə, ailəvi istirahətə həsr edin. Qonaq qəbul etmək olar.
Şir- qəbul etdiyiniz qərarlar yaxın ətrafınızdakı insanlara nə qədər qəribə gəlsə də, tərəddüd etməyin. Fəaliyyət və həyatınızla bağlı işlərdə başqalarının sözləri ilə davranmayın. Necə davranmağı intuisiya sizə göstərəcək. Fəqət qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.
Ev işləri usandırıcı və yorucu təsir bağışlasa da, ruhdan düşməyin. Yaxınlarınız sizə yardım edəcəklər. Alış-verişdə bədxərclik etməyin. Kosmetika, parfümeriya, məişət kimyası ilə ehtiyatlı olun. Allergik reaksiya riski çox böyükdür. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Qız - kiçik anlaşılmazlıq və problemlərə rəğmən pis gün deyil. Rəqiblərlə bədxahlar sizi yoldan sapdırmağa, maneələr qurmağa çalışacaqlar. Lakin məqsədə aparan yolda belə əngəlləri dəf edin, geri çəkilməyin. Adi günlərdən fərqli olaraq yaxınlarınız məsləhət üçün sizə daha çox müraciət edəcəklər.
Şəxsi münasibətlər müstəvisində önəmli qərarlar qəbul etməyə dəyməz. Dəyər verdiyiniz insanlarla əlaqələri kəsməyin. Səhv etmək riski çox böyükdür. Hisslərinizi araşdırın, münasibətlərinizi çözməyə çalışın. Yoluxucu xəstəliklər və zökəm riski var. İnsanların gur olduqları yerlərə yollanmayın.
Tərəzi - yaxınlarınız sizdən qayğı və diqqət istəyirlər. Onların istəklərini nəzər alın. Ailənin problemlərinin həlli, qohumlarla ünsiyyət üçün əlverişli zamandır. Köhnə tanışlar özlərini yada salacaqlar. Bir zamanlar çox intensiv və sıx əlaqələrinizin olduğu insandan xəbər alacaqsınız. Yaxın gələcəklə bağlı planlarınızı konkretləşdirin. Ağır problemin həllini müttəfiq və ya tərəfdaşla birlikdə çalışaraq tapa bilərsiniz. Xərclər gəlirlərdən artıq ola bilər. Alış-verişdə bədxərclik etməyin. Qarşıya qoyduğunuz məqsədə çatmaq üçün gərəkli vasitələrdən yararlana bilərsiniz.
Əqrəb - ünsiyyət və sövdələşmələr üçün münasib gündür. Dostlarla görüşdən imtina etməyin. Dəvət aldığınız yerə yollanın. Diqqət mərkəzində olmasanız da, rəğbət bəslədiyiniz insan sizinlə maraqlanacaq. Bilik, informasiya və təcrübənin artırılması üçün pis vaxt deyil.
Günün ikinci yarısında yaradıcı potensialınızı tam nümayiş etdirin. Qeyri-adi ideyalarınızla yaxın ətrafınızdakı insanlar maraqlanacaqlar. Köhnə hobbini xatırlamaq olar. Yarımçıq işləri başa vurun.
Oxatan - istənilən qərarı qəbul edərkən tələskənliyə yol verməyin. Önəmli məsələlərdə düşünülməmiş addımlar atmayın. Kiçik səhvlərin və anlaşılmazlıqların ciddi problemlərə çevrilməməsi üçün məntiqli olun. Səhvin fəsadlarının böyüməsinə imkan verməyərək adekvat davranın. Günün ikinci yarısında əhvalınız pozula bilər. Amma bir müddət sonra nikbin və şən olacaqsınız. Adi günlərdən fərqli olaraq yaxınlarla dil tapmaq çətindir. Hətta dərhal anladığınız insan belə, birmənalı danışmır. Hər şeyə rəğmən ciddi müqayisə ehtimalı azdır.
Oğlaq - çox məhsuldar gündür. Qarşınızda həllini tələb edən çətin məsələlər dursa da, çözümü sürətlə tapın. Xoşagəlməz söhbət və müzakirələri ertələyə bilərsiniz. Diqqət və konsentrasiya tələb edən işlər usandırıcı təsir bağışlamayacaq. Boş vaxtınızdan səmərəli istifadə edin.
Ünsiyyətdə sayıq olun. Etibara layiq insanlarla yanaşı, şübhəli şəxslərlə də təmas qurmalı olacaqsınız. Yeni romantik münasibətlər harmonik olmayacaq. Qarşılıqlı anlaşmaya nail olana qədər bir sıra anlaşılmazlıq və problemləri həll etməlisiniz.
Dolça - ciddi problemlər və gərgin situasiyalar vəd etməyən sakit gündür. Əvvəllər başladığınız işləri başa vurmaq, köhnə əlaqələri bərpa etmək mümkündür. Önəmli saydığınız təmaslarda soyuqluq yaratmayın. Yaşananlar barədə düşünərkən addımlarınızı və əməllərinizi dəyərləndirin. Bundan sonra ciddi səhvlərə yol verməmək üçün davranışızda hansı dəyişikliklər etmək gərəkdiyini götür-qoy edin.
Günün ikinci yarısında qəfil vizitlər ola bilər. Gələnlərin bəziləri çox xoşagəlməz insanlardır. Narazılığınızı büruzə verməyin. Əhvalınız, onsuz da, korlanacaq.
Nikbin olun. Əks təqdirdə başağrısı və yuxusuzluqla qarşılaşacaqsınız.
Balıqlar - mühüm söhbətlər zamanıdır. Əgər müzakirələrin predmeti çətin, mürəkkəbdirsə, diskussiyanı konstruktiv məcrada aparmağa çalışın. Həmsöhbətləriniz də sizin kimi davranmağa çalışsalar, münaqişələr yaranmayacaq. Saatlar keçdikcə qarşılıqlı narazılıqlar yarana bilər.
Günün ikinci yarısında yaxınlarınızdan birinə yardım etmək gərəkdir. Fəaliyyətə başlamazdan əvvəl nə etmək gərəkdiyini düşünün. Minimum səylərlə maksimal nəticələr əldə etməyə çalışın.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi