"Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və..." - Rəsmi Bakı Bayramov, Blinken və Mirzoyanın günlər sürən görüşləri barədə açıqlama yaydı (Yenilənib)
30-06-2023 [00:25]
27-29 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Məlumata əsasən, nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub:
"Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
Hər iki nazir Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər".
***
“Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin əldə edilməsi, eləcə də ölkələr arasında münasibətlərin inkişafına kömək edə biləcək bir sıra digər mühüm məsələlərin həlli istiqamətində davam etdirilən vacib və gərgin işə görə minnətdarlığımı bildirirəm”.
Mia.az xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Antoni Blinken bəyan edib.
“Bir az sonra yayımlanacaq bir bəyanatda bildirildiyi kimi, bölgədə sülhün əldə olunması istiqamətində daha da irəliləyirik. Bu ortaq məqsədə uyğun olaraq bəzi əlavə maddələrin razılaşmaya daxil edilməsi, eləcə də digər həll edilməmiş məsələlər üzrə mövqelərin dərinləşdirilməsi istiqamətində danışıqlar davam edir. Yekun razılığa gəlmək üçün danışıqlar davam edəcək. Qarşıdakı həftələr və aylar ərzində ümumi və yekun razılığa gəlinməsi nəzərdə tutulub”-deyə, o bildirib(Report).
Bilinken əlavə edib ki, Avropa İttifaqındakı həmkarlarının ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir: “Düşünürəm ki, biz nə qədər yaxınlaşsaq, razılaşmaya bir o qədər yaxınlaşacayıq. Əldə edilmiş tərəqqiyə görə hər iki tərəfə təşəkkür edirik. Bu səylərimizi önümüzdəki həftələrdə və aylarda davam etdirəcəyik”.
***
İyunun 29-da ABŞ Dövlət Katibi Antoni Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ayrı-ayrılıqda görüşləri olub.
Mia.az xəbər verir ki, görüşlər ABŞ Dövlət Departamentinin Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində keçirilib.
Dövlət katibi hər iki ölkəyə sülh danışıqlarında göstərdiyi səylərə görə təşəkkür edib.
***
“ABŞ Dövlət Departamentində Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir və danışıqlar konstruktiv keçir”.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ Dövlət Katibi Antoni Blinken bu gün görüşün nəticələri ilə bağlı açıqlama verəcək:
“ABŞ Dövlət Katibi Antoni Blinken bu gün yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə təkbətək, sonra onların ikisi ilə birlikdə görüş keçirəcək. O, daha sonra görüşün nəticələri ilə bağlı da danışacaq”(Report).
***
ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 28-də Dövlət katibi Antoni Blinkenlə təkrar görüşüb.
Mia.az xəbər verir ki, C.Bayramov bu barədə tviter hesabında paylaşım edib: "ABŞ-a işgüzar səfərim çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdüm. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyi ətrafında fikir mübadiləsi aparıldı. Ermənistanın sülh səylərinə meydan oxuyan qəbuledilməz davranışı və sarsıdıcı səylərini vurğulandı”
***
28 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi mlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətləri, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə, eyni zamanda, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət haqqında qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsinin, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmamasının, hərbi-siyasi təxribatların davam etdirməsinin sülh səylərinə xələl gətirdiyini bildirib. Mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycanın normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu vurğulanıb.
Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsinin qəbuledilməzliyi vurğulanıb. Bu istiqamətdə, Ermənistan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatın Azərbaycanın reinteqrasiya səylərini, o cümlədən erməni sakinlərinin sözügedən məntəqə vasitəsilə şəffaf və sərbəst hərəkətini həzm edə bilməməsinin göstəricisi olduğu qeyd edilib.
Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın iki dövlət arasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətə dəstək göstərilməsində maraqlı olduğunu, bu xüsusda səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.
***
Ceyhun Bayramov iyunun 27-də ABŞ-da Ermənistan XİN başçısı Ararat Mirzoyanla ikitərəfli görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tviterdə məlumat yayıb.
Qeyd edək ki, görüş Arlinqton şəhərində baş ttub.
ABŞ dövlət katibi Entoni Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib.
***
İyunun 27-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Antoni Blinken ilə görüşündə qarşı tərəfi Ermənistan tərəfinin sülh prosesinə mane olma cəhdləri, bir sıra təhrikçi addımları barədə məlumatlandırıb.
Mia.az XİN-ə istinadla bildirir ki, tərəflər Azərbaycan-Ermənistan sülh prosesini, Azərbaycanla Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırkı regional vəziyyəti müzakirə ediblər.
Ceyhun Bayramov görüş zamanı, saziş layihəsində əhatə olunmuş məsələlər üzrə Azərbaycanın mövqeyi və yanaşmalarını diqqətə çatdırıb.
Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacib olduğu bildirilib.
İkitərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dövlət katibi ilə üçtərəfli görüşü keçirilib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların növbəti raundunun 29 iyun tarixinə qədər davam etməsi nəzərdə tutulub.
***
İyunun 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Mia.az XİN-ə istinadla xəbər verir ki, səfər çərçivəsində dövlət katibi A.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi