Allahşükür Paşazadə Kazan və Tatarıstan Mitropolitini ilə görüşdə: "Qarabağda digər dinlərə məxsus abidələr də bərpa edilir" - FOTOLAR
23-06-2023 [18:57]
İyunun 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Rus Pravoslav Kilsəsinin Kazan və Tatarıstan Mitropoliti Kirillə görüşüb.
QMİ-dən Mia.az-a bildirilib ki, qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri onunla yenidən görüşməkdən məmnun olduğunu diqqətə çatdırıb.
Mitropolit Kirillə ötən ay Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Rusiya-İslam aləmi strateji baxış qrupunun” illik toplantısındakı görüşlərini xatırladan QMİ sədri belə intensiv təmasların dinlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Şeyxülislam Allahşükür Paşazadə Kazandakı tədbir zamanı Moskva və Bütün Rusiyanın Patriarxı Kiril həzrətləri ilə ikitərəfli görüşdə dünyada və regionda sülhün qorunması, dinlər və mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi, eləcə də digər mühüm məsələlər barədə fikir mübadiləsi apardığını xatırladıb. QMİ sədrinin sözlərinə görə, başçılıq etdiyi dini mərkəzin Rus Pravoslav Kilsəsi ilə uzun illərə, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri formalaşıb, bu əlaqələrin inkişafında Patriarx Kiril həzrətlərinin rolu danılmazdır. Şeyxülislam həzrətləri Patriarx Kirilin rəhbərliyi ilə Rus Pravoslav Kilsəsinin Ermənistanla Azərbaycan arasında münaqişənin dini müstəviyə keçməsinin qarşısını almağa yönəlik səylərini, o cümlədən iki ölkənin dini liderlərinin görüşlərin üçün vasitəçilik missiyasını yüksək dəyərləndirib. Səmimi salamlarını və xeyir-dualarını Patriarx həzrətlərinə çatdırmağı qonaqdan xahiş edib.
Allahşükür Paşazadə Azərbaycan dövlətinin və xalqının birliyi sayəsində ərazi bütövlüyünün təmin olunduğunu, Ermənistanın 30 il ərzində təcavüz etdiyi torpaqların işğaldan azad edildiyini diqqətə çatdırıb. Azad olunan rayonlarda Azərbaycan Prezidenti İlham Əliyev cənablarının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə böyük quruculuq işləri aparıldığını deyən QMİ sədri Qarabağda təkcə məscidlərin deyil, digər dinlərə məxsus abidələrin də bərpa edildiyini bildirib.
Səfəri barədə məlumat verən Kazan və Tatarıstan Mitropoliti Kiril Fəxri Xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdiyini, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mərhum rəhbəri Aleksandr İşeinin də xatirəsinə dualar oxuduğunu diqqətə çatdırıb. Qonaq xalqımızın qonaqpərvərliyini, tolerantlığını, multikultural dəyərlərə sadiqliyini yüksək qiymətləndirib, Bakıda aparılan quruculuq işlərinə heyran qaldığını deyib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, sonda xatirə hədiyyələri təqdim olunub.
Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası rəhbərinin vəzifəsini icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt, Bakı Yeparxiyasının katibi, arximandrit Aleksiy iştirak ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi