Səhiyyə Nazirliyinə 5 ay ərzində 2310 müraciət daxil olub

img

21-05-2014 [15:42]


Səhiyyə Nazirliyinin "Qaynar xətt” (9103) xidmətinə yanvar-may ayları ərzində ümumilikdə 2310 müraciət daxil olub. 


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, daxil olmuş müraciətlərin 1637-si şikayət xarakterlidir və bunun da 63-ü əsaslı, 998-i əsassız, 576-sı cari problemlərlə bağlı şikayətlərdir. Aidiyyəti üzrə olmayan sualların sayı 33, sorğu xarakterli müraciətlərin sayı isə 640 olub.

 

"Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA