AMEA-da yeni direktor seçildi

img

21-05-2014 [15:05]


Bu gün AMEA Rəyasət Heyətində AMEA Kimya Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib.

Mia.az Simsar.az-a istinadən xəbər verir ki, öncə bölmənin tərkibinə daxil olan AMEA Aşqarlar Kimyası, Kataliz və Qeyri-üzvi Kimya və Polimer Materialları institutlarının direktoru vəzifəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutunun, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və AMEA-nın müxbir üzvü Akif Əzizov Polimer Materialları İnstitutunun direktoru vəzifəsinə seçiliblər.

Sonra AMEA-nın müxbir üzvlüyünə "Qeyri-üzvi kimya” ixtisası üzrə irəli sürülmüş namizədlər - kimya üzrə elmlər doktorları Məhəmməd Babanlı, İxtiyar Bəxtiyarlı, Mirsəlim Əsədov və Ənvər Xudiyevin məruzələri dinlənilib.

Tədbirdə həmçinin AMEA-nın 18 aprel 2014-cü il tarixli ümumi yığıncağının "AMEA Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında” qərarının icrası məsələsi də müzakirə olundu, müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA