Hüquq müdafiəçisi: “Zəngəzur dəhlizi Türk birliyini sürətləndirəcək”
22-06-2023 [14:38]
"Bu gün Azərbaycanın əsas geostrateji hədəflərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. 44 günlük Vətən müharibəsində qələbədən sonra siyasi gündəmə gətirilən Zəngəzur dəhlizi məsələsi bundan sonra bütün regionun inkişafını şərtləndirən əsas amillərdən biridir. Bu, tək Azərbaycan üçün, Türkiyə üçün deyil, elə Ermənistanın özü üçün də sərfəli yoldur. Lakin bəzi qüvvələr, xüsusilə İran bu məsələnin həllində maraqlı deyil. Azərbaycan prezidenti isə bu məsələdə qətiyyətlidir. Bu yaxınlarda verdiyi açıqlamada da bildirdi ki, dəhlizin açılması qaçılmazdır və bölgənin bütün ölkələri üçün lazımdır".
Bu fikirləri Norveçdə yaşayan soydaşımız, Güney Azərbaycandan olan ictimai fəal, insan haqları üzrə ekspert Babək Azəroğlu bildirib.
O qeyd edib ki, bu gün Azərbaycan Ermənistanı sülhə məcbur etməkdədir. Azərbaycanın Ermənistana qarşı şərtlərindən birincisi Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsidir. Çünki Azərbaycan Zəngilanla Naxçıvanı birləşdirən avtomobil və dəmiryolu kommunikasiyalarının açılması vacibliyini önə çəkir.
“Biz ekranlardan Qarabağda, Şərqi Zəngəzurda hansı quruculuq-abadlıq işlərinin aparıldığını görürük. Bunu ermənilər də görür. Əlbəttə, Ermənistan ara-sıra bu layihənin qarşısını almağa çalışır. Bu məsələdə İran rəhbərliyi də onlara təsir edir. Ancaq Rusiya tərəfinin verdiyi açıqlamalardan belə bir qənaətə gəlmək olar ki, artıq məhz dəmiryolu xəttinin işə düşməsilə bağlı görülən işlər bitmək üzrədir. Burda tək məsələ Ermənistan ərazisində 40 km məsafədə dəmiryolunun bərpa edilməsidir ki, bu da istənilən halda amümkündür”, – deyə güneyli hüquq müdafiəçisi əlavə edib:
"Əgər Ermənistan tərəfi bu prosesdə hər hansısa bir təxribat həyata keçirməsə, yaxın zaman çərçivəsində bu dəhlizin işə düşməsinə şahidlik edə bilərik. Bu gün qardaş Türkiyə də Azərbaycanı bu layihədə dəstəkləyir və Zəngəzur dəhlizinin işə düşməsinə çalışır. Ermənistanda türkləri kabus kimi görən qüvvələrin və havadarlarının nə istəməsindən asılı olmayaraq, bu dəhlizin açılmasını gözləyirik. Dəhliz Türk birliyini və aramızdakı iş birliyini daha da sürətləndirəcək".(“Xalq qəzeti”)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi