“Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika Elmi-praktik Konfransı keçirilib - FOTOLAR
20-06-2023 [18:52]
İyunun 20-də S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika Elmi-praktik Konfransı keçirilib.
Mia.az xəbər verir ki, konfransın təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, ETN akad. Həsən Əliyev adına Coğtafiya İnstitutu, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba və Şamaxı filialları, Quba şəhərinda Soyqırımı Memorial Kompleksi, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyi və Şirvan kimya-biologiya təmayüllü liseydir.
Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Qarabağ döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış tədbirində çıxış edən S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunduğunu xatırladaraq, bununla əlaqədar gimnaziyada bir sıra yarışlar, müsabiqələr keçirildiyini və hazırda keçirilən “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika Elmi-praktik Konfransının bu tədbirlər sırasında önəmli yer tutduğunu bildirib. İ.Talıbov gimnaziyada fəaliyyət göstərən Kiçik Akademiyanın fəaliyyətindən danışaraq, şagirdlərin beynəlxalq tədbirlərdə uğurlarını qeyd edib və onların elmin başlanğıc yolunda uğurla addımladıqlarını qeyd edib.
ETN akad. Həsən Əliyev adına Coğtafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminov konfrsansda iştirak edən şağirdlərin mükafatlandırılmasının onları elm yolunda irəli doğru aparan, həvəsləndirən amil olduğunu bildirib, bu yolda onlara dəstək olmağın ali təhsil və elm müəssisələrinin borcu olduğunu vurğulayıb.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun icraçı direktoru, f.ü.f.d., dosent Ruhəngiz Cümşüdlü AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyevanın salamlarını tədbir iştirakçılarına çatdırıb, elm və təhsilin inteqrasiyasını dəstəkləyən konfransın iştirakçıları sırasında gələcəyin alimlərinin yetişdiyinə əminliyini bildirib.
ADPU-nun Şamaxı Filialının direktor müavini, f.ü.f.d. Şasəddin Mikayılov konfransda iştirakın şagirdlərin inkişafında, sərbəst düşüncələrinin formalaşmasında mühüm rol oynayacağını, onların gələcəkdə müxtəlif sahələrdə elmimizin sərvətinə çevriləcəyini söyləyib.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı konfransda gələcəyin alimlərinin üzə çıxarılaraq cəmiyyətə intellektual bir gənclik kimi təqdim edildiyini deyib. Eləcə də bu cür tədbirlər, şagirlədin sərbəst fikir yürüdə bilməsi, mütəmadi olaraq alim və mütəxəssislərlə görüşlərin keçirilməsi onların formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. S.Talıblı qeyd edib ki, bu konfransın keçirilməsi, istedadlı uşaqların üzə çıxarılması Türk dünyası şagirdlərinin ideya və düşüncə birliyi üçün də zəmin yaradır.
Konfrans daha sonra öz işini “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Riyaziyyat”, “Fizika və astronomiya”, “Kimya – biologiya”, “Rəqəmsal bacarıqlar, STEAM”, “Coğrafiya” və “Estetik və fiziki tərbiyə” bölmələrində davam etdirib. Konfransda 82 şagird öz elmi işlərini təqdim edib.
Konfransın yekununda hər bölmə üzrə yüksək nəticə göstərən üç şagird mükafata layiq görülüb.
Konfransın bağlanış mərasimində mükafata layiq görülən şagirdlər müvafiq dərəcəli medallar, diplomlar və qiymətli hədiyyələrlə, bütün iştirakçılar sertifikatla təltif olunub. Həmçinin şagirdlərin elmi rəhbərlərinə sertifikatlar, münsiflər heyətinin üzvlərinə, tərəfdaş təşkilatlara, informasiya və təşkilati dəstək göstərənlərə təşəkkürnamələr təqdim edilib.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi