“Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişir
20-06-2023 [14:24]
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.
Mia.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli iclasda 8 məsələnin müzakirəyə çıxarıldığını söyləyib.
Əvvəlcə, komitə üzvləri “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) nəzərdən keçiriblər. Layihədə bu qanuna 1.4-cü maddənin əlavə edilməsi təklif olunur. Əlavəyə əsasən, adıçəkilən qanunda “Azərbaycan Respublikasının səlahiyyətli orqanı” dedikdə, Baş Prokurorluq və müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulur. Sənəddə, habelə qanunun bir sıra maddələrində “müvafiq icra hakimiyyəti” sözləri “səlahiyyətli” sözü ilə əvəz edilir.
Sonra iclasda “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunub. Sənəddə qanunun 4 maddəsinə dəyişiklik edilməsi təklif olunur. Dəyişikliklərdə Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılması, Konstitusiya Məhkəməsi tərəfindən sorğu və şikayətlərə baxılması şərtlərinin dəqiqləşdirilməsi, verilən sorğu, müraciət və ya şikayətlərə qoşulan sənədlərin siyahısına sorğu və müraciətlərlə əlaqədar şərh edilməsi xahiş olunan normativ hüquqi aktın surətinin əlavə edilməsi nəzərdə tutulur.
Tədbirdə, daha sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) baxılıb. Layihədə Məcəllənin yeni redaksiyada təklif olunan 184-cü maddəsində siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət növləri müəyyən edilir. Bununla yanaşı, sənəddə bir sıra uyğunlaşdırma xarakterli düzəlişlər də nəzərdə tutulub.
Məsələlər ətrafında aparılan müzakirələrdə komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Nizami Səfərov, Nurlan Həsənov, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Fəzail Ağamalı, Azay Quliyev, Tahir Kərimli, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid fikirlərini bölüşüblər, qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Əli Hüseynli səsləndirilən fikirlərə münasibət bildirib.
Müzakirələrin sonunda birinci oxunuşda təqdim olunan bu 3 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitədə gündəliyin digər 5 məsələsi - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş), “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (ikinci oxunuş) və “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələri də nəzərdən keçirilib və Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi