Müdafiə Nazirliyi generalının villası - FOTOLAR

img

21-05-2014 [13:07]


Son günlər mətbuatda adı daha çox hallanan General-mayor Mahmud Həmzəyevin həbs edilməsi xəbərinin yalan çıxmasından sonra, bu dəfə tanınmış hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkələrdə Mahmud Həmzəyevin villasının fotolarını paylaşıb.

Hərbi ekspert  Mahmud Həmzəyevin dünənki açıqlamasına da münasibət bildirib:”Dəyərli dostlar, dünən mətbuatda Azərbaycan Silahlı Qüvvələrinin sabiq generallarından biri, Beyləqan Hərbi Birləşməsinin komandiri olmuş Mahmud Həmzəyevin bir açıqlamasına rast gəldim. Açığı fikirləşidim ki, o mətbuata onu rahat buraxılması və sakit həyatını davam etdirilməsinə imkan yaradılması üçün xahiş edəcəyini söyləyəcək. Ancaq, onun açıqlamasını oxuyandan sonra başa düşdüm ki, bu adam hələ də ordu sıralarına qayıtmaq haqqında düşünür. Sonra isə, onun niyə belə istəkdə olması haqqında bir çox əməllərini xatirəmdə canlandıranda yadıma düşdü ki, Mahmud Həmzəyev yenə öz köhnə vərdişlərinə, qeyri-qanuni hərəkətlərinə əl atmaq arzusu ilə yaşayır. Çiynində general paqonları, ən azından korpus komandiri kimi xüsusi imtiyazlı, müəyyən görüm-baxımlı əsgər və zabitlərin Lənkəran, Astara, Cəlilabad, Neftçala və Beyləqanda öz yanında "bəsləməsi, həmçinin də döyüş bölgəsində, səngərlərdə isə yetim-yesirin çəlimsiz uşaqlarının yerləşdirilməsi. Tabeliyində olan hərbi texnikanı və şəxsi heyəti öz istəyinə uyğun istifadə etmək və onlarla digər özbaşınalıqlar. Mənə elə gəlir ki, jurnalist dostlarımız ədliyyə mayoru, hərbi hüquqşünas Telman Əbilovdan bu "sərkərdə” haqqında o qədər maraqlı və biri-birindən rəngarəng hadisələr haqqında məlumat ala bilərlər ki, sabiq general Mahmud Həmzəyevin el arasına bir daha çıxması böyük problemə çevrilər.Ona görə də, həm bir vaxtlar ordu sıralarında xidmət keçmiş bəzi vəzifəli şəxslər etdikləri qanunazidd hərəkətlərə görə cavab verməli olduqlarını unutmamalı, eyni zamanda da bu gün də xidmətdə olan bəzi şəxslər öz əməllərini ciddi təhlil etməlidirlər. General və admiral adlarını daşıyan şəxslər hər tərəfli təmiz və ləyaqətli olmalıdırlar. Əfsuslar olsun ki, bu gün Azərbaycan Silahlı Qüvvələrin sıralarında daşıdığı rütbəyə layiq olmayan xeyli sayda generallar vardır. Onların yeganə məqsədi daha çox varlanmaq, daha çox var-dövlət toplamaqdan ibarətdir. Belələri təkcə Müdafiə Nazirliyi sistemində deyil, demək olar ki bütün güc strukturları arasında mövcuddurlar. İndi biz MN-də olan əliəyri, tamahkar generallardan danışırıqsa, bu o demək deyil ki, Dövlət Sərhəd Xidmətində, Daxili İşlər Nazirliyinin özündə və Daxili Qoşunlarda, Fövqəladə Hallar Nazirliyində və digər qurumlarda belə antipod general və polkovniklər, hətta onlardan da aşağı ranqlı bəzi vəzifəli şəxslər mövcud deyilllər.

 

2 3 4 5Nədənsə, indiki generalların tam əksəriyyəti əsil generallar olmuş, Azərbaycanlı adını hər zaman və hər yerdə uca tutmuş Səməd Bəy Mehmandarovdan, Əliağa Şıxlinskidən, digər vətənpərvər generallardan çox şeyləri özləri üçün əxz etmirlər.
Sonda, onu qeyd etməyi vacib sayıram ki, biz etik cəhətdən bir çox məsələləri, ən əsası da ölkəmizin müharibə şəraitində olmasını nəzərə alaraq bir çox məqamları ictimailəşdirmirik. Çünki bizim yazdıqlarımızı həm daxildə, həm də xaricdə, bizi istəməyən qüvvələr də oxuyur və özlərinə sərf edən şəkildə istifadə edirlər”.


azerinfo.org

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA