Rey Kərimoğlunun səhhətində problem yarandı

img

21-05-2014 [12:23]


Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb. 


"AzərFax” xəbər verir ki, jurnalist dünəndən xəstəxanaya yerləşdirilib. Onun çənə nahiyyəsindəki vəzlərin bərkiməsi prosesi gedir ki, bu da təcili əməliyyat zərurəti yaradıb. 

Dünən Akademik Mirqasımov adına Respublika Xəstəxanasında müəyinələrdən keçən jurnalist bu gün səhər saatlarında əməliyyata alınıb.  

Qeyd edək ki, R.Kərimoğlu torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə bir neçə dəfə yaralanıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA