Mətbuat katibləri: onlar hansı jurnalistlərlə işləyir? - SORĞU
19-06-2023 [14:51]
Sosial Tədqiqatlar Mərkəzi (STM) son dövrlər dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı media mənsubları arasında artan müzakirələrdən və onların təşəbbüsündən irəli gələrək, mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı media mənsubları arasında rəy sorğusu keçirib.
STM-dən Mia.az-a bildirilib ki, mətbuat nümayəndələri daim qurumların kommunikasiya siyasətində çatışmayan tərəfləri qeyd ediblər. Eyni zamanda onları qane edən ünsiyyət meyarları da KİV nümayəndələri tərəfindən qeyd olunub.
Ümumilikdə, son illər jurnalistlər üçün media qurumları ilə işləmək xeyli rahatlaşıb. Sorğuda iştirak edən jurnalistlər də qeyd edir ki, təxminən 10 il əvvəl ilə müqayisədə informasiyaları dəqiqləşdirmək, məlumat almaq, mövqe öyrənmək xeyli asanlaşıb.
KİV işçiləri düşünür ki, əslində mətbuat xidməti rəhbərliklə mətbuat arasında vasitəçi rolunu oynamalıdır. Mətbuat katibləri bəzən çalışırlar ki, işlədikləri qurum barədə mənfi xəbərlər yayılmasın. Jurnalistin baş verən hadisəyə çevik yanaşması həm də məsələnin birbaşa bağlı olduğu dövlət qurumundan asılıdır.
Mətbuat katibinin sorğulara operativ cavab verməsi həmin qurumla bağlı dezinformasiyaların yaranmasına imkan vermir.
Sosial Tədqiqatlar Mərkəzi sadalanan məsələləri nəzərə alaraq 26 may – 06 iyun 2023-cü il tarixləri arasında 384 nəfər jurnalist arasında telefon üsulu ilə rəy sorğusu keçirib.
Sorğuda iştirak edən media mənsublarının 51,6%-i kişi, 48,4%-i qadın olub.
İştirakçıların 19.3%-i 18-24, 38.5%-i 25-34, 25.5%-i 35-44, 13.3%-i 45-54, 2.6%-i 55-64 yaş aralığında olub. Onların 0.5%-i 65 və yuxarı yaş qrupunu təmsil edib, 0.3%-i yaşını bildirməkdən imtina edib.
Sorğuda iştirak edən mətbuat işçilərinin 97.7%-i ali təhsilli, 1.3%-i texniki və ya peşə təhsilli, 0,8%-i isə orta təhsilli olduğunu bildirib.
Sorğuda iştirak edənlərin 90.9%-i Bakı, 6.5%-i Abşeron-Xızı, 2.6%-i digər regionlarda yaşadığını qeyd edib.
Respondentlərə ünvanlanan ilk sual mətbuat xidmətlərinin fəaliyyətinə məmnunluq yanaşmasını ortaya çıxarıb.
“Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətindən razısınızmı” sualına 78.1% “qismən razıyam”, 12.8% “tam razıyam”, 8.6% “heç razı deyiləm” cavabını verib. 0.5% respondent suala cavab verməkdə çətinlik çəkib. Jurnalistlər bəzi qurumların media fəaliyyətini bəyənsələr də, digər qurumların bu sahədəki fəaliyyətindən narazılıq ifadə edib. Nəticədə “qismən razıyam” cavabı verənlər üstünlük təşkil edib.
Sorğuda iştirak edənlərə “Mətbuat xidmətlərinin fəaliyyətində hansı meyarları vacib hesab edirsiniz?” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib. Media nümayəndələrinin əsas hissəsi, 69.8%-i hadisələrə operativ reaksiya vermək ənənəsi, 51.0%-i jurnalistlərə qarşı ayrı-seçkilik edilməməsi və 46.1%-i jurnalistlərlə fəal ünsiyyət bacarığı meyarlarını vurğulayıb.
KİV mənsublarının narazı salan məqamları aydınlaşdırmaq üçün onlara bu istiqamətdə sual ünvanlanıb. “Mətbuat xidmətlərinin fəaliyyətində sizi narazı salan əsas nüanslar hansılardır?” sualına verilən cavablara əsasən, medianın sorğularına gec reaksiya verilməsi məsələsi, rəhbərliyin təsdiqini gözləmək əsası ilə sorğuların cavablandırılmaması, jurnalistlər arasında ayrı-seçkilik edilməsi məsələləri sorğuda önə çıxan əsas problemlər kimi müəyyən olunub.
Jurnalistlərə həmçinin qurumların mətbuat xidmətlərinin böhranlı situasiyadakı işləri ilə bağlı sual ünvanlanıb. Qeyd edək ki, böhran menecmenti klassik idarəetmə yanaşmasından fərqli bir sıra unikal xüsusiyyətlərə malikdir. Böhran menecmentinin əsas məqsədi böhranları qabaqlaya biləcək, onların növlərini fərqləndirən, böhrana qarşı tədbirlər görə bilən, eyni zamanda keçmişdə olmuş böhranlardan yeni şeylər öyrənən və ən sürətli şəkildə özünü toparlaya bilən təşkilatlar yaratmaqdır.
“Qurumların mətbuat xidmətləri fors-major hallara və böhranlı vəziyyətlərə dair böhran kommunikasiyasında uğurlu fəaliyyət göstərirmi?” sualına sorğuda iştirak edənlərin 56%-i “xeyr”, 34.4%-i “bəli” cavabını verib. Respondentlərin 9.6%-i bu suala cavab verməkdə çətinlik çəkib.
Sorğu nəticələrindən aydın olur ki, ümumi mənada qurumların böhran kommunikasiyası siyasəti KİV nümayəndələri tərəfindən bəyənilmir. Lakin bu sahədə kifayət qədər çevik və fəal işləyən mətbuat xidmətləri də mövcuddur.
Qeyd edək ki, STM ölkənin milli maraqlar ilə bağlı olan qlobal və regional prosesləri, habelə ölkə daxilində siyasi, sosial və iqtisadi sahələrdə baş verən hadisələri təhlil edən, ictimai əhəmiyyətli müxtəlif mövzularda tədqiqatlar aparan, ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi