İlham Əliyev Çin sədri ilə görüşdü

img

20-05-2014 [21:52]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb. Azərbaycanın dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Çin Xalq Respublikasının sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış ediblər.
Görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Söhbət zamanı beynəlxalq, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA