Şirvan şəhərində “17 iyun-tibb işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilib - FOTOLAR
17-06-2023 [16:02]
Şirvan Şəhər Heydər Əliyev Mərkəzində 17 iyun- tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Kamil Əhmədov və bir qrup tibb işçisi öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.
Tədbirdə tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini və tariximizdə silinməz iz qoyan, Azərbaycanın ən parlaq və tanınmış siması olan dahi şəxsiyyət, uzaqgörən siyasi liderin 100-cü ildönümünün bütün ölkə üzrə qeyd olunduğunu bildirib.
Ulu Öndərin səhiyyə sahəsində başlatdığı islahatların bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, son illər ərzində Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü, səhiyyənin inkişafı, maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturunun yenilənməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.
Səhiyyə sistemində aparılan islahatların vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət etdiyini bildirən Şirvan Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Kamil Əhmədov, milli səhiyyə sistemimizin sürətlə müasirləşirdiyini, icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin yüksək səviyyədə olduğunu qeyd edib.
Daha sonra çıxış edən həkimlər səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyeva minnətdarlıqlarını bildirib, həmkarlarını peşə bayramı münasibətilə təbrik ediblər. Sonda xatirə şəkli çəkilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi