Komitə sədri Milli Məclisdə: "İrəvan və Bakı barış istəyirlərsə, gedib müqaviləni Brüssel, Moskva və Vaşintonda deyil, Zəngəzurda imzalasınlar”
16-06-2023 [11:39]
"Üç gün əvvəl, Avroparlamantdə son iki ildə 7-ci dəfə gündəliyə çıxarılan Ermənistan-Azərbaycan məsələsi avrokomissar Jozef Borrelə deputatların təzyiqindən sonra bir cümləlik antiAzərbaycan bəyanatı ilə yekunlaşıb. Bədnam Fransua Bellami və Almaniya, Niderland, Fransa, Malta, Kiprdən olan həmkarları ölkəmiz əleyhinə birləşiblər. Sessiyada ölkəmizə sanksiyaların tətbiqi, Xankəndi ermənilərinə maliyyə və hərbi yardım, beynəlxalq təhlükəsizlik missiyasının bölgəyə göndərilməsi xüsusi vurğulanıb".
Mia.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc Milli Məclsin bugünki iclasında çıxışında deyib.
Zahid Oruc qeyd edib ki, 44 günlük müharibənin qəfil baş verməsi ilə Qərb özünü məğlub sayır, bölgədən çıxarılması ilə barışmır və hər vəchlə geri dönməyə can atır: "Avroparlamentdə Laçın yolunu gündəmə çıxaranlar 10 noyabr sənədini tanımadıqları halda 6-cı bənddən-Rusiya sülhməramlarının məntəqəni qorumadığından danışıb özlərini ifşa ediblər. Bəli, 30 il o yolu icazəsiz keçənlərin qarşısına indi sədd çəklib. Beləliklə, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması Qərbin planlarına zərbə vurub. Jozef Borrel 51 dövlətin 100 milyard dollardan artıq yardım etdiyi Ukraynanın antiRusiya koalisiyasına Azərbaycanı da qoşmaq istəyir. Plan bəllidir:Ukrayna müharibəsini Qafqazlara qədər uzadıb Rusiya ordusunu bir neçə cəbhəyə parçalamağa çalışırlar. Bir əsr əvvəl boşevik inqilabı olmasaydı, indi Vudro Vilsonun və Almaniya-Britaniyanın qüvvələri bölgəmizdə hökmranlıq edirdi. Ssenari eynidir:NATO qüvvələrini Gümrüyə gətirsinlər".
Komitə sədrinin sözlərinə görə, bu ilin martında Foq Rasmussenin əvvəlcə Cermuxa gəlib Azərbaycanın “hərbi hücumu”nu pisləməsi, ardınca Laçın sərhəd punktuna yaxınlaşıb görüntülər paylaşması, Qarabağda erməni əhalisinin “humanitar böhran”ını qabartması Ermənistana casus missiyasi göndərən NATO-nun, onun əsas yönləndiricisi Amerikanın birbaşa sifarişi idi: "Ağdama, Ağdərəyə bir dəfə də olsun gəlməyən keçmiş Baş Katib indi ölkəmizə sistemli hücumlar edir və İrəvandan, o cümlədən, Xankəndindən rus hərbi birləşmələrini çıxarıb Avroatlantik Alyansın qoşunlarını yerləşdirmək istəyənlərin sözünü deyir.
Göründüyü kimi, Paşinyana Brüssel və Parisdən güclü təzyiqlər var. USAİD, UNİSEF, YUNESKO və digər humanitar təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti agentura şəbəkəsinə çevrilib və onların Qarabağa gələn missiyası hərbi-kəşfiyyat planlarını həyata keçirirlər".
Zahid Oruc bildirib ki, dünən bütün erməni informasiya kanallarında Həkəri körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması zamanı ölkəmizin qəhrəman oğulları ilə Rusiya sülhməramlılarının birgə hərəkət etməsinə qarşı genişmiqyaslı qarayaxma kampaniyası aparılırdı: "30-cu ildönümünü yaşadığımız hazırki iyun günlərində bizi Rusiya ilə 90-cı illərdəki kimi toqquşdurmaq istəyirlər. Əliyev-Putin-Ərdoğan arasında münasibətlər Amerika və Avropa Birliyini qəzəbləndirir. Lakin plan işləmir. Dünənki Zəngilan, Laçın və digər sərhəd nöqtələrində təxribatlarla Strasburqdakı, Brüsseldəki siyasi şantaj dolu müzakirələr vahid mərkəzdən idarə olunur. Xalqımız bilir ki, Rusiya-Amerika savaşı Ermənistan-Azərbaycan arasında sülhə imkan vermir. İrəvan və Bakı barış istəyirlərsə, gedib müqaviləni Brüssel, Moskva və Vaşinqtonda deyil, Zəngəzurda imzalasınlar!".
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi