Bakıda gürcü qadın zorlandı – QİÇS-ə yoluxdurulan qadın "dəhşət saçır" - MƏKTUB

img

20-05-2014 [18:43]


 Mia.az-a Azərbaycandakı insan alverçilərinin əlindən QİÇS-ə yoluxduqdan sonra qaça bildiyini iddia edən Gürcüstan Respublikası vətəndaşı Tamara Canturdze adlı xanımın ölkəmizin hüquq-mühafizə orqanlarına ünvanlandığı şikayət məktubunun surəti daxil olub.

 2009-cu ildə Azərbayacana işləmək ailəsinə kömək etmək məqsədiylə gəldiyini deyən gürcü qadın bildirir ki, Bakıda ictimai iaşə obyektlərində əmək fəaliyyətinə başlayıb: «Həmin vaxtı kafeyə tez-tez gələn Sahil adlı bir taksi sürücüsü mənə təklif etdi ki, səni daha gəlirli restorana işə düzəldə bilərəm. gizlədim, daha çox pul qazanmaq məqsədiylə Sahilin Sumqayıtda təklif etdiyi ofsiant işiylə razılaşdım. hər şey bundan sonra başladı».

 Mia.az-a daxil olan məktubda gürcü qadın bildirir ki, Sumqayıt adı ilə Sahil onu Bakıdan Saray qəsəbəsinə doğru gedərkən DYP postuna az qalmış yolun sağ kənarındakı restoran tipli obyektə gətirib: «Burada bizi pəhlivan kimi tanınan idmançı qardaşlar - Qabil Habil qarşıladılar. İlk saatlarda mənə çox yaxşı davranan hər bir ehtiyacımın təmin ediləcəyi sözü verən Qabil Habil qardaşları rəsmiyyət aparmaq üçün sənədimi aldılar. bundan sonra mənim başıma olmazın oyunlarını açdılar. Pasportumu girov saxlayan bu Qabil zorla mənə sahib oldu. Daha sonra isə məni fahişə kimi xidmət göstərməyə zorladılar. Günüm döyülmək, təhqir olunmaq zorlanmaqla keçirdi. Təəssüf ki, ora polis əməkdaşları da gəlib, acı günümüzü görsələr , bu qardaşlara söz deyən yox idi».

Şikayətçi məktubunda həmin restoranının «Pəhlivanların restoranı» kimi tanındığını iddia edərək, bildirir ki, sonradan o, hemin restoranda xəstəliyə tutulub: «Xəstələndikdən sonra adıçəkilən Qabil məndən əl çəkdi. Sənədimi müalicə adıyla ondan yalvar-yaxar alaraq ölkəmə qaçdım. Burada müayinə olunduqda isə QİÇS-ə tutulduğum aşkarlandı. Artıq müalicəyə başlamışam. Çox istərdim ki, Azərbaycanın hüquq-mühafizə orqanları açıq şəkildə insan alveri ilə məşğul olan bu qardaşların, xüsusuylə Qabilin fəaliyyətini nəzarətə götürüb, orada istismar olunan əcnəbi yerli qadınların mənim taleyimi yaşamalarına imkan verməsinlər».

 Qeyd edək ki, gürcü qadın həmin restoranda yaşadığı çox dəhşətli olaylardan da söz açıb. Lakin həmin hadisələri ictimailəşdirmək etik olmadığından yazmadıq.

 Biz DYP-nin Saray postuna yaxın ərazidə belə bir restoranın mövcud olub-olmadığıı dəqiqləşdirmək məsqəsdiylə internet axtarışı verdik. «xoruzun quyruğu» çıxdı. Bəlli oldu ki, «Pəhlivanlar» adı kimi təqdim edilən belə bir obyekt var rəsmi «Anar» adı ilə fəaliyyət göstərir. Həmin restoran haqda Dia.az-ın Tia.az-a istinadən yaydığı xəbəri diqqətinizə çatdırırıq:

*****

 Bir müddət əvvəl xəbər vermişdik ki, Bakı-Sumqayıt yolu üzərində yerləşən kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə TİA.AZ-a jurnalist Fuad Əliyev məlumat vermişdi. O bildirmişdi ki, «Anar» adlanan bu kafedə qadınların intim xidmət göstərməsini təsadüf nəticəsində bilib və məsələni araşdırmaq üçün yerli polisə məlumat verib.

Dünən Fuad Əliyev bununla bağlı yeni məlumatlarını TİA.AZ-a göndərib. O bildirib ki, «Anar» kafesini Pəhləvanlar adlı şəxslər işlədir. «Onlar idmançıdırlar və bu imkanlarından istifadə edərək, bildiklərini edirlər. Kafenin rəhbəri də Qabil adlı şəxsdir. O da pəhləvanlardan biridir. 

Fuad Əliyev daha sonra bildirir ki, məsələni araşdırmaq üçün Abşeron Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Oradan Əməliyyat Şöbəsindən ona bildiriblər ki, «Anar» kafesinin əxlaqsızlıq yuvası olması barədə məlumatları olsa da, onun daha bir neçə gün işləməsinə polis rəisi Namiq müəllim icazə verib. «Mənə dedilər ki, həmin kafe bağlanacaq. Amma onun bir neçə gün işləməsinə Namiq müəllim icazə verib. Doğrusu, mən bu deyilənlərə inanmıram. Çünki bir polis rəisinin belə bir iş tutacağı mümkün deyil. Amma Əməliyyat Şöbəsindən verilən məlumat bu cür idi».

O daha sonra ilginc bir məlumat da açıqlayıb. Fuad Əliyev bildirib ki, əldə etdiyi məlumatlara görə, «Anar» kafesində bir neçə il bundan əvvəl ölümlə nəticələnən hadisə baş veribmiş. «Həmin hadisədən sonra kafe bağlanıb və onun tikilisi isə dağıdılıb. Bundan başqa, baş verən hadisədə kafeni işlədən Qabilin qardaşı da təqsirli bilinərək həbs olunub. Lakin qatı cinayət törətmiş birinin həbsdə qalması uzun çəkməyib və bizə məlum olmayan yollarla azadlığa buraxılıb». 

Jurnalist sonda onu da qeyd edib ki, Bakı-Sumqayıt yolu üzərində yerləşən, insanların əxlaqını korlayan və insanlara qarşı həqarətli davranan «Anar» kafesinin bağlanması ilə bağlı lazım olan instansiyalara müraciət ünvanlayıb. Hələlik onun müraciətlərinə cavab verilməyib. Amma o, yaxın günlərdə cavab alacağını və «Anar» kafesinin bağlanılacağına ümid edir.
 

***

Son olaraq isə yazıda adıçəkilən hər bir tərəfin mövqeyini də yaymağa hazır olduğumuzu diqqətə çatdırırıq.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA