"Pənaha dedim ki, sən bilmirsən biz üçümüzdə naxçıvanlıyıq?" - Rəsul Quliyev tarixi sirləri açdı
15-06-2023 [15:54]
“Əgər AXC iqtidarındakı şəxslərin xırda səviyyədə olsa belə idarəçilik qabiliyyəti olsaydı 4 iyun hadisəsi baş verməyəckdi”.
Bu sözləri Azərbaycan Milli Məclisinin sabiq sədri Rəsul Quliyev MüsavatTV-yə müsahibəsində bildirib.
Sabiq spiker mərhum prezident Heydər Əliyevin Naxıçıvandan Bakıya dəvət olunması ilə bağlı indiyə qədər açıqlanmayan maraqlı məqamları danışıb.
Onun sözlərinə görə, AXC hökumətində baş nazirin müavini postunu tutsa da, Gəncədə belə problemin olmasından xəbərsiz olub: “Əgər mənə desəydilər, normal müşavirə keçirib Sürət Hüseynovun qarşısını çox asanlıqla almaq olardı. Sürət Hüseynov kim idi ki?!
O, Rusiyanın adamı idi. Rusiya da onun əli ilə Ayaz Mütəllibovu gətirib prezidentlik postuna bərpa etmək istəyirdi. Bunu Rusiya dövləti eləmirdi, Rusiyanın müdafiə naziri Pavel Qraçov edirdi. Sonralar onunla Bakıda və Moskvada görüşdüm. Qraçov buna görə, çox böyük miqyasda pul rüşvət almışdı. Guya Sürət Hüseynov AXC-ni qovur, yerinə də Ayaz Mütəllibovu təntənə ilə Gəncədən Bakıya gətirirdilər”.
Rəsul Quliyev Sürət Hüseynovun o zaman böyük güc olması barədə deyilənlərə ironiya ilə yanaşıb: “Sürətin gücünə gəlincə, onun potensialı 75 nəfərlik bir bölük idi. Bədbəxtlik AXC-də rəhbərlərinin diletant olmasında idi. Lap olsun 700 nəfər. 700 nəfərə bu boyda Bakını necə tuta bilərsən?”
Milli Məclisin sabiq sədri daha sonra mərhum Heydər Əliyevin Bakıya dəvət olunmasının bəzi detallarını açıqlayıb: “İyunun 5-də Pənah Hüseyn mənə dedi ki, Heydər Əliyevi çağırmaq lazımdır. Bizim müraciətin heç bir mənası olmaz, sən get, o yalnız səninlə gələr. Dedi ki, Heydər Əliyev olsun parlamentin sədri, sən də Baş nazir. Elçibəy də prezident. Mən gülüb dedim ki, Pənah nə danışrsan? Sən bilmirsən ki, biz 3 nəfər də naxçıvanlıyıq? Camaat nə deyər? Deməz ki, naxçıvanlılar bütün ali postları tutub? Belə şey olmaz”.
Daha sonra Baş nazir Pənah Hüseyn Rəsul Quliyevi prezident Əbülfəz Elçibəyin kabinetinə aparıb: “Gəldik Əbülfəz bəyin kabinetinə… Elçibəy dedi ki, Pənah Hüseynov və İsa Qəmbər təklif edir, mən də xahiş edirəm gedəsən Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edəsən. Vəziyyət ağırdır. Qorxuruq ki, Sürət Hüseynovun qarşısını ala bilməyək. Mən prezidentə dedim ki, siz əvvəlcə Naxçıvana, Heydər Əliyevə zəng vurun, vəziyyəti izah edin. Elçibəy də zəng etdi. Əliyev konkret heç nə demədi. Soruşdu ki, “deyirsiniz Rəsul yanınızdadır? Onda Rəsul gəlsin burda danışarıq”.
Rəsul Quliyev iyunun 6-ı Naxçıvana gedib: “Elə həmin gün gəldim Heydər Əliyevlə görüşdüm və dedim Bakıya gedək. Heydər Əliyev dedi, “hara gedirik? Hələ indi gəlmisən. Bir çay iç…Vəziyyətlə bağlı söhbət edək”.
Kabinetdə söhbət bitəndən sonra Heydər Əliyev Türkiyəyə zəng vurub: “Heydər Əliyev zəng elədi prezident Süleyman Dəmirələ…15-20 dəqiqə danışdılar. Heydər Əliyev Dəmirələ dedi ki, “Əbülfəz bəy mənim yaxın dostumu göndərib bura ki, Bakıya gedim”. Süleyman Dəmirəl cavabında dedi ki, “Heydər bəy, get o uşaqlara (AXC iqtidarına-red) yiyə dur…”. Daha sonra Dəmirəl Bakıda və Gəncədə vəziyyətlə bağlı son kəşfiyyat məlumatlarını Heydər Əliyevə çatdırdı”.
Rəsul Quliyevin sözlərinə görə, Heydər Əliyev dəqiq bilirdi ki, bu hadisələr Moskvadan, daha doğrusu Rusiya Müdafiə Nazirliyindən idarə olunur: “Heydər Əliyev mənim yanımda Rusiyadan kiminləsə danışıdı. Sonra mənə dedi ki, Yevgeni Primakovla danışırdı. Primakov Heydər Əliyevə dedi ki, prezident Boris Yeltsinin və komandasının bu məsələdən qəti xəbərləri yoxdur. Bu olsa-olsa müdafiə naziri Pavel Qraçovun əməlidir”.
Bundan sonra bir neçə gün də Naxçıvanda müzakirələr davam edib. “Heydər Əliyev iyunun 9-da dedi ki, Bakıya gedirik. Mənə dedi zəng elə Bakı Hava limanının rəisi Ədalətə, qoy o təyyarə ilə özü də gəlsin. “Sən deyirdin Rövşən Cavadovun adamları da var? Onlar da həmi təyyarə ilə gəlsinlər” dedi”.
Heyət Naxçıvanda təyyarəyə oturub Bakıya uçur.
“Gəldik birbaşa prezident Elçibəyin iqamətgahına…Orada görüşdülər. Mən çıxdım. Görüşdən sonra nəyi müzakirə etmələrini soruşdum. Heydər Əliyev dedi heç nə…Təəccübləndim. “Bəs nə üçün çağırmışdılar?” soruşdum. “O barədə heç nə demədi”.
Rəsul Quliyev bunun səbəbini açıqlayıb: “Onlar gördülər ki, Sürət Hüseynov daha hərəkət eləmir, dayanıb. Gözləyirmişlər ki, Heydər Əliyevlə məsələ necə olacaq. AXC iqtidarı da elə başa düşüb ki, Sürət Hüseynov onlardan qorxduğu üçün daha gəlmir. Səhər xəbər çıxdı ki, Sürət Yevlaxı keçib gəlir. Təzədən əl-ayağa düşdülər. Dedilər gərək Ali Sovetin iclası çağrılsın, Heydər Əliyev sədr seçlisn. Heydər Əliyev dedi ki, gərək əvvəlcə Gəncəyə getməlidir. Mən də onunla getdim”.
Rəsul Quliyev daha sonra Gəncədə qiyamçıların lideri Sürət Hüseynovla olan görüşün bir maraqlı detalını açıqlayıb: “Gəncədə Heydər Əliyevlə görüşdə Sürət Hüseynov ona dedi ki, məni gərək prezident qoyasan. Mən zavod direktoru olan Sürəti bir az tanıyırdım. Dedim, “Sürət, sən bilirsən ki, prezident seçki yolu ilə olur? Dedi, “nə olsun? Ağsaqqal bilir də nə təhər eləmək lazımdır…”.
Görüşdən sonra Heydər Əliyev Bakıya qayıdır və iyunun 15-də Ali Sovetin sədri seçilir.
“Heydər Əliyev Azərbaycanın müstəqilliyin itirməkdən xilas etdi” - deyə Rəsul Quliyev müsahibəsində deyib.
Rəsul Quliyev həmçinin müsahibədə bildirir ki, onlar hələ 1992-ci ilin may ayında Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini istəyirdilər.
“Heydər Əliyevin Bakıya gəlməsini 1992-ci ilin mayında istəyirdik. 1992-ci ilin mayında mən işlərimlə əlaqədər Türkiyədə idim. Ayaz Mütəllibovun vəzifədən getməsi ilə nəticələnə 14-15 may hadisələrini Türkiyədən izləyirdim. O zaman yeganə olaraq məndə mobil telefon var idi və əlaqə saxlayarıdım. Qərar verdim ki, Türkiyədən gedim Naxçıvana və oradan Heydər Əliyevlə birgə Bakıya dönüm.
Heydər Əliyevlə təkbətək çox məsələləri müzakirə elədik. Dedim ki, “gərək Bakıya gedəsiniz, prezident seçkilərində iştirak etmək lazımdır. O, mənə çox tarixi bir cavab verdi. Dedi ki, bizim camaat Xalq Cəbhəsinə inanır. İmkan vermək lazımdır ki, onlar hakimiyyətə gəlsinlər. Biz də səninlə birgə kömək edəcəyik ki, onlar yaxşı işləsinlər. Yaxşı işləslər, hər şey normal olsa, biz də onları dəstəkləyəcyik. Əgər öhdəsindən gəlməsələr, onda fikirləşərik”/Azpost.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi