Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı “Son zəng” tədbirində iştirak edib - FOTOLAR
15-06-2023 [10:37]
Dünən ölkəmizdə 2022-2023-cü tədris ilinin başa çatması münasibətilə bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınıb.
Mia.az xəbər verir ki, bu münasibətlə Şirvan şəhərinin 14 ümumtəhsil müəssisəsində “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib.
“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Müasir və müstəqil Azərbacanın memarı, qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən, tariximizə möhtəşəm “Zəfər salnaməsi” yazdıran şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 11 illik təhsil pilləsini başa vuran şəhərimizin bütün məzunlarını “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar və hansı peşəyə yiyələnməklərindən asılı olmayaraq öz bilik və bacarıqları ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr vermələrini arzulayıb. Ulu öndər Heydər Əliyevin elmə, təhsilə dövlət səviyyəsində göstərdiyi diqqət və qayğının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə bilikli, savadlı gənclərin sayının artdığını, elmin daha da inkişaf etdiyini, Heydər Əliyev Fondu tərəfindən bütün ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər təhsil müəssisələrinin istifadəyə verildiyini, maddi-texniki bazasının möhkəmləndirildiyini diqqətə çatdırıb.
Məktəblərimizdə vətənpərvər övladların yetişdiyini bildirən İlqar Abbasov, məhz təhsil müəssisələrində aparılan vətənpərvərlik təbliğatının nəticəsi olaraq 44 günlük Vətən müharibəsində gənclərimizin kütləvi və könüllü olaraq ordu sıralarına yazılmaq istədiyini, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərini, tariximizin Şanlı Zəfərini qazandıqlarını vurğulayıb. Vətən uğrunda canından keçən şəhidlərimizin hər zaman hörmət və ehtiramla yad ediləcəyini, gələcək nəsillər üçün örnək olacağını söyləyərək, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Sonra çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev dərs ilinin başa çatması münasibətilə müəllim və şagirdləri, valideynləri, xüsusilə də məktəb həyatını başa vuran və müstəqil həyata atılan məzunları təbrik edib, ötən tədris ilində şəhərin təhsil həyatında yaddaqalan məqamlardan, həyata keçirilən uğurlu layihələrdən və yeniliklərdən danışıb.
Daha sonra Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalmış şəhid Ruslan Rustamovun qızı Dəniz Rustamli ilə görüşüb, birinci sinifi uğurla bitirməsi münasibətilə onu təbrik edərək ən xoş arzularını çatdırıb və hədiyyə təqdim edib.
“Son zəng” tədbirləri məktəblilərin hazırladıqları musiqili-bədii çıxışlarla davam edib.
Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi