Laçın sərhəd-buraxılış məntəqəsi atəşə tutuldu, sərhədçimiz yaralandı - FOTOLAR (Yenilənib)
15-06-2023 [19:02]
İyunun 15-i saat 08 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələri terror-təxribat-provakasiya əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunub və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açmış, nəticədə 1 nəfər hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək cinayətin izləri rəsmiləşdirilib, maddi sübutlar götürülüb:
"Müəyyən edilib ki, Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd edilən cinayət əməlləri nəzarət məntəqəsinə ziyan vurub və həmin təxribat nəticəsində postun iş rejimi pozulub.
Zərərçəkmiş Elşən Rüstəmov dərhal helikopterlə tibb müəssisəsinə təxliyə olunaraq əməliyyat edilib və tibbi ekspertizadan keçirilib, vəziyyəti stabilləşdikdən sonra dindirilməsi təmin olunacaqdır.
Cinayət işi üzrə götürülmüş maddi sübutlarla bağlı məhkəmə trosoloji-kriminalistik və digər ekspertizalar təyin olunub.
Hazırda iş üzrə hadisənin şahidləri və digər zərərçəkmişlərin dindirilməsi, həmçinin zəruri olan təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması istiqamətində intensiv işlər davam etdirilir.
Baş Prokurorluq olaraq bəyan edirik ki, hadisə yeri Azərbaycan Respublikasının Laçın rayonunun Güləbird kəndinin ərazisi olmaqla Azərbaycan Respublikasının istisnasız suveren ərazisidir, təqsirli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirlərin görülməsi təmin olunacaqdır".
***
15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
Mia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır: "Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".
***
Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar.
Mia.az “Caliber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi