"Şapka Mamed" indi də səhiyyə biznesinə keçdi: yeni klinika aldı, qızını direktor təyin etdi - QALMAQAL
13-06-2023 [13:23]
Sosial şəbəkədə tanınmış həkim-psixiatr Abdulla Şıxlinskinin Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri, "şapka Mamed" kimi tanınan Məmməd Qurban oğlu Musayevin “Türk-Amerikan” klinikasını alması, onu qanunsuz olaraq işdən çıxarması və killerlərlə hədələnməsi haqda müraciəti yayılıb.
Tanınmış həkim-psixiatr Abdulla Şıxlinski müraciətində qeyd edir ki, "şapka Mamed" uzun illər Azərbaycanda fəaliyyət göstərən, keyfiyyətli tibbi xidməti ilə tanınan “Türk-Amerikan” klinikasını alıb: "Bundan sonra klinikanın direktoru işdən çıxarıldı, klinikanı tamamilə dağıtmağa başladı.
Klinikaya öz qızını direktor təyin etmiş, işçilərin bir çoxunu, şəxsən mənim özümü qeyri-qanuni olaraq işdən azad etdi. Mən həmin klinikada həkim-psixiatr vəzifəsində işləyirdim. Özü qanunsuz əməllərlə məşğul olan, əvvəllər haqqında bir-neçə dəfə cinayət işi qaldırılmış “şapka Mamed” adı ilə məşhur olan bu adam işçilərdən qanun tələb etməyə başladı. Mənim həkimlik sertifikatımın vaxtının keçdiyini bəhanə edərək, məni işdən azad etdi. Halbuki mən həmin klinikaya işə götürüləndə də, mənim Azərbaycan sertifikatımın vaxtı keçmişdi, lakin mən həmin klinikaya işə girəndə Rusiya Federasiyasında aldığım sertifikatları təqdim etmişdim. Yeri gəlmişkən, qeyd edim ki, mən psixiatriya üzrə Rusiyada fundamental hazırlıq keçmiş həkim-psixiatram, 15 ilə qədər müddətdə Rusiyada məcburi müalicə həyata keçirilən psixiatrik xəstəxanalarda ağır xəstələrlə işləmişəm, hazırda Azərbaycanda heç kimə lazım deyiləm. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyində rüşvətsiz sertifikat almaq mümkün deyil, bunu Məmmədin qızı, ixtisasca həkim olan, hazırda klinikaya rəhbərlik edən Xuraman da deyir. Mən işdən çıxmaq üçün ərizə yazmaq istəmirdim, lakin klinikanın mühasibi və kadr işləri üzrə əməkdaşı Seyrə mənə bildirdi ki, məni onsuz da fiziki olaraq klinikaya buraxmayacaqlar və mən ərizə yazmaqdan imtina etsəm, bu “şapka Məmmədin xoşuna gəlməyəcək, Məmməd adi adam deyil, ətrafında killerlər dəstəsi saxlayır, səni də məhv edər”.
Bu hədə-qorxulardan və klinikada yaranmış vəziyyətdən belə aydın olurdu ki, orada işləmək mümkün olmayacaq.
Məmməd və Xuraman həkimlərin maaş kartlarını özlərində saxlayıb, həmin kartlarla nə dələduzluqlar etdikləri məlum deyil. İşçinin maaş kartı özündə olmalıdır. Bunlar isə kartları alıb özlərində saxlayırdılar. Klinikada həkimlərin qəbulu üçün otaq çatmadığı bir vaxtda Xuraman böyük bir otağı təmir etdirib, özünə əyləncə otağı düzəltdirib. Mənim işdən çıxarkən qanunla almalı olduğum çıxarış vəsaitini mənə verməyiblər. Bəs bu pulu mənə kim verməlidir?"
Həkim şikayətində yazır ki, klinikaya sığorta ilə gələn xəstələrə xidmət göstərilmir: “Pulsuz, xeyirsiz xəstələrdir” deyib başdansovdu yanaşılır. Klinikada həkim-terapevtin otağı axşam 20.00-dan sonra intim əlaqələr üçün görüş otağı kimi istifadə olunur. Mən Xuramandan çıxarış vəsaiti tələb etdikdə, o, mənim ağzımı yummaq üçün yalandan mənə söz verdi ki, mənə sertifikat almaqda kömək göstərəcək, başqa klinikaya işə düzəldəcək, lakin mən kifayət qədər həyat təcrübəsi olan bir insan kimi bu sözlərin hamısının yalan olduğunu bilirdim.”Mən Səhiyyə Nazirliyinə 7000 man pul verib, sənə sertifikat alacağam, pulsuz mümkün deyil”-bu Xuramanın sözləridir. Bir qədər sonra mənə işçilərin birisi vasitəsilə çatdırdı ki, “sertifikat üçün Səhiyyə Nazirliyi 17 min manat pul istəyir, mən onu verə bilməyəcəm, çox baha oldu”-bu Xuramanın sözləridir".
Həkim şikayətində qeyd edir ki, Azərbaycanda Səhiyyə Nazirliyi bütün səhiyyə sistemini tam nəzarətsiz buraxıb: "Özəl klinikalar indi də bankirlər tərəfindən alınıb-satılır, səhyyə sistemində rüşvət tüğyan edir, həkim sertifikatları pulla satılır. Həkimlərin və xəstələrin taleyini heç kəs fikirləşmir. Səhiyyə “Şapka Mamed” kimi insanların ümidinə qalıb.
Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini yayımlamağa hazırıq.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi