Milli Məclisdə "Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilib
12-06-2023 [14:33]
Bu gün Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilib.
Mia.az xəbər verir ki, dinləmədə Qərbi Azərbaycanın rəhbərliyi, ictimai-siyasi xadimlər, Milli Məclisin deputatları, KİV rəhbərləri iştirak ediblər.
Toplantıda çıxış edən komitə sədri Qənirə Paşayeva Ali Baş Komandan, Prezident İlham Əliyevə Qərbi Azərbaycan mövzusuna verdiyi önəmə görə minnətdarlıq edib:
“Bu il 100 illik yubileyini qeyd etdiyimiz Heydər Əliyevi böyük minnətdarlıqla xatırlayırıq. Qərbi Azərbaycana qayıdışla bağlı xalqla dövlətin birliyinə görə biz Heydər Əliyevin bu məsələdəki mövqeyinə borcluyuq. Biz yaxşı bilirik ki, tarixi- mədəni hüquqlarımız sərhədlərimizin hüdudları ilə bitmir. Ermənistan Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı göstərdiyi vandallığa görə tarix qarşısında cavab verəcək”.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli xatırladıb ki, Qərbi Azərbaycandakı tarixi mənbələr, yeraltı və yerüstü mədəniyyət nümunələri, yeraltı sərdabələr, məbəd, kilsə və məscidlərin hər biri bu yerlərin kimə aid olduğunu qəti şəkildə təsdiqləyir.
Sədr xatırladıb ki, ötən ilin dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü tarixdə yeni bir dövrün başlanğıcı olub:
“Bununla da Qərbi Azərbaycana Qayıdış konsepsiyasının yaradılması ilə artıq yeni mübarizəyə qədəm qoymuş olduq”.
Dinləmədə mədəniyyət nazirinin müavini Səadət Yusifova Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı çağırış edib:
“Biz beynəlxalq müstəvidə fəal olmalı, Qərbi Azərbaycan irsinin araşdırılması və dünyaya tanıdılması istiqamətində işləri bir neçə istiqamətdə aparılmalıyıq. Bütün maddi irslərimizin siyahısı dəqiqləşdirilməli və onlar dəqiq tədqiq edilməlidir. Bunun üçün inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etmək mümkündür”.
“Ermənistanın etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə dağıdıcı təsir göstərdiyini deyən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, Ermənistan tərəfindən Azərbaycan mədəni irsinin dağıdılması və zədələnməsi bizim mədəni hüquqlarımızı, xüsusən mədəni irslə təmasda olmaq və ondan istifadə etmək hüququmuzu pozur:
“Ermənistan bizim qayıdış dövründə və sonrada bu hüququmuzu təmin etmək üçün cavabdehdir. Bütün bunları nəzərə alaraq, biz mədəni irsimizin bərpası və qorunmasında beynəlxalq təşkilatların dəstəyinə ümid edirik. Bu ölkədəki Azərbaycan mədəni irsinin vəziyyətini, habelə mədəni irsin və mədəni hüquqların qorunması ilə bağlı Ermənistanın beynəlxalq öhdəliklərinə necə əməl etməsini qiymətləndirmək üçün bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi bütövlükdə bəşəriyyətin mədəni irsinə dəyən zərərin aradan qaldırılmasına və bununla da davamlı sülhün əldə edilməsinə əvəzsiz töhfə olardı”.
Dinləmə zamanı çıxış edən Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov nəzərə çatdırıb ki, Qərbi Azərbaycana qayıdış ən ciddi məsələlərdən biridir:
“Bizim ən çatışmayan cəhətlərimizdən biri Qərbi Azərbaycan tarixini çatdıran dərs vəsaiti və monoqrafiyalarımızın olmamasıdır. Hesab edirəm ki, bu məsələyə alimlərimiz və Elm və Təhsil Nazirliyi diqqətlə yanaşmalıdır. Hökmən bu məsələ ilə əlaqədar çalışmalıyıq. Digər məsələ isə 1988-ci ilin sonunadak Qərbi Azərbaycanda yaşayan insanların sayının getdikcə azalmasıdır. Mən media nümayəndələrinə müraciət edirəm ki, qərbi azərbaycanlılarla bağlı filmlər çəksinlər və yaxud yazılar yazsınlar”.
Yazıçılar Birliyinin (AYB) sədr müavini, Rəşad Məcid deyib ki, AYB-nin Qərbi Azərbaycan bölməsi yaxın vaxtlarda fəaliyyətə başlaya bilər:
“Biz zəfərimizə qədər hər birimiz qarabağlı idik, indi isə qərbi azərbaycanlı olmalıyıq. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Qərbi Azərbaycan İcması gələcəkdə birgə layihələr həyata keçirməlidir”.
“Qərbi Azərbaycan tarixi və soyqırımı muzeyi yaradılmasının vacibliyindən bəhs edən Milli Məclisin deputatı Sabir Rüstəmxanlı əlavə edib ki, Qərbi Azərbaycan irsləri dərindən araşdırılmalıdır:
“Alban kilsəsi, erməni və gürcü kilsələrinin xüsusiyyətlərinin dəqiq göstərildiyi kitablar yazılmalıdır. Həmin dövrdə hansı bəyin nə qədər qızıl verərək həmin torpaqları alması və orada hansı kilsələri tikdirməsi barədə məlumatlar tədqiq edilməlidir. Həmçinin erməni dilini bilən alimlər yetişdirilməlidir”.
“İrəvan" futbol klubu yaradılmalı və "Qarabağ" futbol klubu kimi dünyaya səs salmalıdır deyən Milli Məclisin deputatı Musa Quliyev əlavə edib ki, bu, tarixi həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağın ən yaxşı üsullarından biridir.
Daha sonra azərbaycanlı tarixçilər, deputatlar, KİV rəhbərləri mövzu barədə geniş müzakirələr aparıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi