Gədəbəydə kafedə dava: bir hərbçi öldürülüb, biri yaralanıb
12-06-2023 [11:14]
Gədəbəydə hərbçini qətlə yetirməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Mia.az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi Firad Əliyev açıqlama yayıb.
Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən "Dəniz" adlı kafedə şəxslər arasında yaranmış mübahisə nəticəsində Tapdıqov Teymur Cümşüd oğlunun ölməsi, Tapdıqov Samir Cümşüd oğlunun və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Şəmkir hərbi prokurorluğunda cinayət işi istintaq edilir.
Bildirilmişdir ki, istintaqın gedişatı və hadisə barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin olunacaqdır.
Aparılmış istintaqla İbrahimov Elpərəs Bəhman oğlunun sözügedən məkanda bıçaqla Tapdıqov Teymur Cümşüd oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən E.B.İbrahimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham elan edilərək, Şəmkir hərbi prokurorunun təqdimatına əsasən Gəncə Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.
Bundan başqa, istintaq zamanı, həmçinin, Tapdıqov Seymur Cümşüd oğlunun qeyd olunan məkanda bıçaqla İbrahimov Elpərəs Bəhman oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunduğundan S.C.Tapdıqova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə ittiham elan edilərək, Şəmkir hərbi prokurorunun təqdimatına əsasən, Gəncə Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi