Elçin Şıxlı: "Ciddi jurnalistika ilə məşğul olanlar təzyiqlərə, təqiblərə, hədə-qorxuya məruz qalırlar..."
10-06-2023 [17:40]
Bu gün yerli telekanallar, orada yayımlanan bayağı verilişlər, teleaparıcılar tez-tez tənqid hədəfinə çevrilir. Ən çox qeyd edilən isə televiziyalarda peşəkarlıq səviyyəsinin çox aşağı olmasıdır.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, bu gün cəmiyyət daha çox məişət xarakterli mövzularla maraqlanır:
“Bu gün hansısa televiziyada jurnalistikaya aidiyyatı olmayan, danışanda ağzından horra tökülən, Azərbaycan ədəbi dilinin qolunu-qanadını sındıran adamlar böyük qazanc əldə edirlər. Çünki cəmiyyətin istədiyi yüngül, dedi-qodulu mövzulardır. Bu gün başqalarının ailəsində nə baş verdiyini bilmək istəyən, kiminsə iç camaşırının nə rəngdə olduğu ilə maraqlanan insanların sayı təəssüf ki, çoxdur.
Bunu hər kəsə aid etmirəm, lakin belə insanlar çoxdur. Ona görə də həmin aparıcılar həm yaxşı qazanır, həm də buna haqq qazandırır. O pulları qazanan adam deyir ki, mənim qazanc mənbəyim budur, ciddi şeylərdən danışmaq nəyimə lazımdır?”
Əməkdar jurnalist qeyd edib ki, cəmiyyətin istədiyi bayağı mövzuları onlara verən aparıcılar bundan xeyli gəlir əldə edirlər:
“O cür aparıcılar, özünə jurnalist deyənlər çox gözəl yaşayır, maddi problemləri olmur, amma ciddi jurnalistika ilə məşğul olanlar təzyiqlərə, təqiblərə, hədə-qorxuya məruz qalır, hətta həbsə də düşürlər. Sonda bəxtləri gətirsə, həmin təqib və təzyiqlər qaçıb gedirlər xarici ölkələrə.
Belə olan halda, jurnalistika cəmiyyəti öz arxası ilə apara bilmir. Çünki jurnalist gərək həqiqəti yazsın, həqiqəti yazanda da söyüşlə, qışqırıqla, həyasızlıqla bunu etməməlisən. Jurnalistikanın qaydaları, etik çərçivələr var, əlində sənəd, sübut, təsdiq olmadan heç kimə böhtan atmaq olmaz. Əfsuslar olsun ki, bizdə bu şərtlər çox zəif haldadır. Əvvəllər buna əməl edənlər var idi, amma çoxunu itirdik. Bundan əvvəl də jurnalistika ideal deyildi, amma hər halda, nə isə ideala oxşar bir şey var idi, amma indi tamamilə yoxdur” .
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi