Putin: "Ukrayna hücuma başlayıb, bəli, bizim müasir silahlarımız çatışmır, ancaq..." - Kiyev susur, Britaniya kəşfiyyatı isə... (Yenilənib)
09-06-2023 [19:26]
Ukrayna artıq hücuma başlayıb.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezident Putin az əvvəl keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ən şiddətli döyüşlər iyunun 7-i və 8-də olub: “Biz artıq deyə bilərik ki, Ukrayna 5 gündür hücuma başlayıb. Onlar bütün strateji ehtiyatlardan istifadə etməklə hərəkət edirlər. Lakin deyə bilərəm ki, onların hücumlarının qarşısı effektiv şəkildə alınır...".
Vladimir Putin etiraf edib ki, Rusiya hələ də bir çox müasir silahlara malik deyil: "Amma bununla belə, bizim güclü hərbi sənaye kompleksimiz sürətlə inkişaf edir və bu sahədə qarşıya qoyulan bütün vəzifələri yerinə yetirirlər. Ukraynanın əks-hücum əməliyyatının uğursuzluğu, həm də müasir Rusiya silahlarının effektivliyi ilə bağlıdır.
Bəli, Ukrayna qoşunlarının hücum potensialı var, onlar bu potensialı artırıblar. Ancaq Rusiya hərbi rəhbərliyi mövcud vəziyyəti real qiymətləndirir və bu reallıq çərçivəsində hərəkət edilir...".
Bu yerdə onu da qeyd edək ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu Ukraynanın iyunun 4-dən əks-hücum əməliyyatı keçirməyə çalışdığını bildirib.
Nazirin sözlərinə görə, son üç gündə davam edən döyüşlərdə 71 rusiyalı və 3715 ukraynalı hərbçi həlak olub: "İyunun 8-nə keçən gecə 1500 Ukrayna hərbçisi 150 zirehli texnikanın dəstəyi ilə Zaporojye vilayətində rus qoşunlarının müdafiəsini yarmağa cəhd edib. Ancaq artilleriyanın qabaqlayıcı zərbəsi və aviasiya sayəsində geri çəkilməyə məcbur qaldılar...".
Ukrayna hakimiyyəti hələ ki, tammiqyaslı əks-hücumun başlandığını təsdiqləməyib.
Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi isə əks hÜcum faktını təsdiqləyib. Bildirilib ki, Rusiya məhz buna görə SES-in bəndini dağıtmaqla, Ukrayna ordusunu ən azı bir istiqamətdə dayandırmağa çalışıb: "Əlbəttə, Ukrayna ordusunun əks hücumda ciddi uğur qazandığını demək olmaz. Ruslar yaxşı müdafiə taktikası seçiblər. Lakin bu, dəqiqdir ki, artıq döyüş zonasında təşəbbüskarlıq Ukrayna ordusundadır...".
Əhməd
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi