20-05-2014 [12:08]
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin
sərəncamında olan təkcə bir qovşaqda yarım milyon manata yaxın borc
təyinatından yayındırılıb.
Mia.az xəbər verir ki, yayındırılan yarım milyona yaxın vəsait təyinatı üzrə sərf olunmayıb:
"344 dayaq taksofonu vasitəsiylə 5966771 nömrəli telefon üzərindən şəhərlərarsı 445.874.68 manatlıq danışıq həyata keçirilib. Amma bu pulun dövlətə
ödənilməsı təmin edilməyib”.
Mia.az-a daxil olan bu məlumatla bağlı kiçik araşdırma zamanı isə ortaya daha bir maraqlı fakt çıxıb. Bəlli olub ki, Phone.rabita.az-da aşkarlandığımız faktlar həmin nömrə və borclar haqqında bölümdə "məlumat yoxdur" qeyd edilməklə, gizlədilib.
Mia.az xəbər verir ki, 1990-cı ildə yaradılan və Bakı şəhərində telefon avtomatları vasitəsilə şəhərdaxili, şəhərlərarası və beynəlxalq danışıq xidmətləri göstərən Bakı Avtomat Telefon Qovşağının rəhbərliyi təxminən 450 min manatla bərabər, 252 manatlıq abunə borcunu da dövlətə ödəməyiblər: "Maraqlıdır ki, şəhərlərarası danışıq borcuna görə bu məbləğ şişsə də, birlik rəhbəri Beytulla Hüseynov keçmiş nazir Nadir Əhmədovun dövründə olduğu kimi, bu borcun vaxtında ödənilməsini təmin etməyib. Tam əksinə, daha da şişməsinə zəmin yaradıb, növbəti planlarını həyata keçirib. Necə ki, Nadir Əhmədovun dövründə də BTRİB-də 015 və digər kod adı altında "geri qaytarılması mümkün olmayan borclar” adıyla hesab açılaraq, sonradan komissiya qərarı ilə bu pullar silinirdi. Görünür, B.Hüseynov qovşaq rəhbərliyi ilə birgə korrupsiyanın rabitədəki "ənənəvi metodu”nu ustalıqla sınaqdan çıxarmaqda davam edirlər”.
Mia.az bildirir ki, Bakıda əvvəllər 2000-dən çox taksofon olub: "Lakin sonradan bu taksofonların xeyli hissəsi səmərəsiz olduğundan ləğv edildi. Hazırda 344 taksofon var və naməlum səbəblərdən artan həmin borc da bu 344 taksofonun hesabına yaranıb. Nə isə. Düşünürəm ki, ay ərzində şəhərlərarası danışıqlara görə yığılan pullar və onların xərclənməsi ilə bağlı dərindən araşdırma aparılması çox vacibdir”.
Məsələyə bağlı BTRİB və qovşaqla danışmaq mümkün olmayıb. Digər maraqlı hallardan biri isə rəsmi internet səhifəsində qovşağın göstərilən iki nömrəsindən birinin işləməməsi, digərinin isə fiziki şəxsə satılması oldu. Görünür, rabitədə mənimsəmələrin izini itirməyə çalışdıqları kimi, özlərinin də izlərini gizlətməyə çalışırlar. Amma hara qədər?
Qarşı tərəfi dinləməyə hazırıq.
****
Qeyd edək ki, qeyd edilənlərlə bağlı BRTİB-in baş direktoru B.Hüseynovun müavini Xankişi Kişiyev saytla əlaqə saxlayıb. O, bu borcun necə şişməsini məntiqli şəkildə izah etməsə də, 344 taksofonun gəlirinin ay ərzində ümumilikdə 10-15 min manatı aşmadığını deyib: «O yığılan pulların da əmək haqqı və digər xərclərə yönəldilməsi mümkündür».
Baş direktorun müavini söhbətinin əsas hissəsini nazir Əli Abbasovu tərifləməyə həsr etməklə yanaşı, bu məsələdə hər hansı bir korrupsiyadan söhbət gedə biləcəyini qəti təkzib edib: «Belə bir şey ola bilməz».
Kor nə istər, iki göz! Təbii ki, biz də dövlətin və millətin pullarının kimlərsə tərəfindən mənimsənilməsinə qarşıyıq və qeyd edilən məsələlərlə bağlı tərəflərin rəsmi mövqeyini də yaymağa hazır olduğumuzu bildirməklə yanaşı, səlahiyyətlərimiz çərçivəsində mövzunu davam etdirməyə çalışacağıq.
O ki qaldı Xankişi Kişiyevin bizə dərs keçmək cəhdinə, bir daha qeyd edək ki, hələ Nadir Əhmədovun dövründə vaxtı ötmüş borclarla bağlı araşdırma aparılarkən, həm onunla, həm də həmin vaxtı BTRİB-in baş direktoru olmuş və hazırda «Aztelekom»un rəhbəri Məhəmməd Məmmədovla da bu sətirlərin müəllifinin söhbətləri olub. Həmin vaxtı məhz teleqramla bu yazının müəllifini birliyə dəvət edən M.Məmmədovun yanında isə X.Kişiyevin səsi indiki kimi gur deyildi…
Biz isə nazirlik və onun tabeliyində olan qurumlarda yaşananlarla bağlı araşdırmalarımızı davam etdirəcəyik.
F.ƏHMƏD,
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi