Dünya çempionatı: millimizi rəqibləri bəlli oldu

img

08-06-2023 [15:50]


Final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunun püşkü atılıb.

Mia.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi Qazaxıstan, Rumıniya və Niderlan komandaları ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Yığma elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.

A qrupu: Qazaxıstan, Rumıniya, Azərbaycan, Niderland

B qrupu: Ukrayna, Polşa, Serbiya, Belçika

C qrupu: Xorvatiya, Slovakiya, Fransa, Almaniya

D qrupu: İspaniya, İtaliya, Sloveniya, Çexiya

E qrupu Portuqaliya, Gürcüstan, Ermənistan, Finlandiya

Elit-raund mərhələsinin oyunlar 3 ay ərzində keçiriləcək. Tarixlər bu şəkildə müəyyənləşdirilib:

11-20 sentyabr

2-11 oktyabr

11-20 dekabr

Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR