Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 38 ərizə üzrə 10 yekun qərardad elan edib - SİYAHI
08-06-2023 [14:52]
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyun ayının 8-də Azərbaycandan göndərilmiş 38 ərizə üzrə 10 yekun qərardadını elan edib.
Mia.az xəbər verir ki, bu barədə ahimaz.org saytı məlumat yayıb.
Məlumaat görə, AİHM ərizəçinin nümayəndəsi kommunikasiyaya cavab vermədiyi üçün 2 ərizəni baxılacaq işlərin siyahısından xaric edib.
Adil İsmayılov və Partnyorları Azərbaycana qarşı
Bu məhkəmə işi bir sıra qeyri-hökumət təşkilatlarının iddia edilən qanunsuz fəaliyyəti ilə bağlı onlara açılmış cinayət işi çərçivəsində hüquq firması olan ərizəçi şirkətin bank hesablarının dondurulması ilə bağlı idi. Ərizəçi şirkət AİHM qarşısında mülkiyyət hüququnun pozuntusunu mübahisələndirmişdi. Bu işdə ərizəçi şirkətin nümayəndəsi AİHM-in məktublarına cavab verməyib.
Sərdar QASIMOV Azərbaycana qarşı
Bu məhkəmə işi də qeyri-hökumət təşkilatlarına açılmış cinayət işi çərçivəsində peşəsi vəkillik olan ərizəçinin bank hesablarına yerli məhkəmələrin qərarları ilə həbs qoyulması ilə bağlı idi. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, bank hesablarının üzərinə həbs qoyulması onun mülkiyyət hüququnu pozub. Ərizəçi həmçinin, mülkiyyət hüququna qanunsuz müdaxilədən qorunmaq üçün effektiv müdafiə imkanlarının mövcud olmamasından (Konvensiya, Maddə 13) şikayət etmişdi. Bu ərizə də kommunikasiya alınmadığına görə, siyahıdan çıxarılıb.
AİHM-in elan etdiyi 7 qərardad hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə və tərəflərin dostca anlaşmalarına əsaslanır.
Ruslan Qarayev və Başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər barələrindəki inzibati icraatlar zamanı onlara münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edirdilər. Tərəflərin dostca anlaşma ilə bağlı müzakirələrin uğursuz yekunlaşmasının ardınca, hökumət iddia edilən pozuntuları etiraf edərək, məhkəməyə təktərəfli bəyannamə təqdim edib. Bəyannaməyə əsasın çıxarılan qərardada görə, hökumət ərizəçilər Ruslan Qarayev, Üzeyir Abbasov, Əhsən Abdullayev, Tofiq Məmmədov, Namiq Sadıqov, Vilayət Məmmədov, Sübhi Həsənov, Ceyhun Novruzov, Faiq Əmirov, Şahin Şahverdiyevin hər birinə mənəvi zərər əvəzi 1000, hüquqi xərcələrə görə 250 avro ödəyəcək.
Xətai Nəbiyev və Başqaları Azərbaycana qarşı
Bu işdə də Ruslan Qarayev və Başqaları Azərbaycana qarşı işində olduğu kimi Konvensiyanın 6-cı maddəsinin pozuntusu mübahisələndirilmişdi. Hökumətin təktərəfli bəyannaməsinə əsaslanan qərardada görə, hökumət ərizəçilər Xətai Nəbiyev, Samir Məmmədov, Emil İsgəndərov, İslam Sahiboğlu, Nicat Nizamov, İslam İslamzadənin hər birinə mənəvi zərər əvəzi 1000, hüquqi xərcələrə görə 300 avro ödəyəcək.
Gültəkin HACIBƏYLİ Azərbaycana qarşı
Bu işdə parlamentin keçmiş üzvü və müxalif siyasətçi olan ərizəçi keçmiş həyat yoldaşı M.M.-dən böhtana görə xüsusi ittiham qaydasında şikayət etmişdi. İşin materiallarından göründüyünə görə, M.M. 17 may 2013-cü il tarixdə mətbuat konfransı keçirmiş, ardınca müxtəlif qəzetlər və internet saytlarında bir neçə məqalə dərc olunmuşdu. Həmin məqalələrdən görünürdü ki, keçmiş həyat yoldaşı ərizəçini parlament üzvü olarkən səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiyada, habelə, M.M. ilə mülkiyyətlə və övladı ilə təmas qurmaqla bağlı mübahisələr zamanı yerli məhkəmələrə qanunsuz təsir göstərməkdə ittiham edib. Ərizəçinin şikayəti üzrə birinci instansiya məhkəməsindəki baxış zamanı məhkəmə, M.M-nin dərc olunmuş məqalələrin müəllifi olmaması, onun mətbuat konfransı zamanı istifadə etdiyi ifadələrin böhtan xarakterli deyil, “tənqidi” məzmunlu olması əsası ilə ərizəçinin şikayətini rədd edib. Yuxarı məhkəmələr həmin qərarı dəyişməyib. Konvensiyanın 8-ci maddəsinə əsaslanan ərizəçi, daxili məhkəmələrin onun nüfuzunu qorumamasından şikayət edirdi.
AİHM-in qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4000, hüquqi xərcələrə görə isə 1000 avro ödəməlidir.
Azər Əliyev və Başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər barələrindəki inzibati məhkəmə icraatlarının Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə müşayət olunduğunu iddia edirdilər. Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilər Azər Əliyev və Nicat Nizamova (3 ərizə) hər şikayət ərizəsi üzrə mənəvi zərər əvəzi 1000, hüquqi məsrəflərə görəsə 250 avro ödəməlidir.
Elşən İsmayılov Azərbaycana qarşı
Bu işdə ərizəçinin azadlıq və toxunulmazlıq hüququnun pozuntusu (həbsin əsassızlığı) mübahisələndirilmişdi. Tərəflərin dostca anlaşmasına əsasən, hökumət ərizəçiyə mənəvi zərərə görə 2000, hüquqi xərclərə görə 1500 avro ödəyəcək.
Anar Məmmədov və Başqaları Azərbaycana qarşı
Konvensiyanın 11-ci maddəsinin pozuntusu mübahisələndirilən bu işdə ərizəçilər kütləvi aksiyalar zamanı qeyri-qanuni və ya qeyri-proporsional tədbirlərə məruz qaldıqlarını iddia edirdilər. Məhkəmə qərardadına əsasən, hökumət ərizəçilər A.Məmmədov, Ramid Nağıyev, Nicat Nizamov və Paşa Umudovun hər birinə ümumilikdə mənəvi zərər əvəzi 1500, hüquq xərclərinə görə 1350 avro ödəməlidir.
Əfqan Sadıqov və Başqaları Azərbaycana qarşı
İnzibati xətalar üzrə icraat zamanı məhkəmələrin ədalətsizliyi, habelə, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu (1 işdə) mübahisə edilən bu iş də tərəflərin dostca anlaşmasına əsasən başa çatıb. AİHM-in qərardadına görə, hökumət Əfqan Sadıqov, Əli Rəhimov, Zaur Rövşənli, Rafael Hüseynzadə, Ruslan Əmirov, Zamin Salayev, İbrahim Cəfərov, Mehdi Şamilov, Kamran Kərimovun hər birinə mənəvi zərərə görə 800, hüquqi xərclər üçün 350 avro ödəyəcək.
AİHM iyunun 8-də bir ərizəni qəbul edilməz sayıb.
Şahmar Məmmədov Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçiyə məxsus qeyri-yaşayış obyektinin – İsmayılı rayonundakı kafenin icra hakimiyyəti qurumlarının qərarına əsasən sökülməsi və kafenin yerləşdiyi torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı idi. Ərizəçi iddia edirdi ki, İsmayıllı rayonunda ona məxsus olan kafe Muğanlı-İsmayıllı avtomobil yolunun abadlaşdırılması layihəsi çərçivəsində sökülüb, sahəsi əlindən alınıb, ancaq ona ədalətli təzminat məbləği ödənilməyib. Ərizəçinin məhkəmələrə şikayətindən sonra ümumilikdə 9572 manat kompensasiya müəyyən edilib və ödənilib. Ərizəçi ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyini iddia etsə də AİHM onun iddialarını qəbuledilməz sayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi