Bələdiyyə sədrləri və icra nümayəndəsi cərimələnib

img

08-06-2023 [14:47]


Bakı və Şamaxıda bələdiyyə sədrləri, icra nümayəndəsi və restoran direktoru cərimələnib.

Mia.az DİN-ə istinadla xəbər verir ki, iyunun 5-də Bakı şəhəri və Şamaxı rayonu ərazilərində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddələrinin tələblərini pozduqlarına görə Bakı şəhəri Suraxanı rayonunda Zığ qəsəbəsinin icra nümayəndəsi, Şamaxı rayonunda Sabir, Həyəli, Mədrəsə və Şəhriyar qəsəbələrinin bələdiyyə sədrləri, Şərədil kəndi ərazisində “Sərin Meşə” adlanan restoranın direktoru, Avaxlı kəndində bir vəzifəli, Sabir qəsəbəsində 2 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR