Hüquqşünas: "İlkin Süleymanov Avropa Məhkəməsinə müraciət edə bilər"
08-06-2023 [13:30]
Xəbər veridiyimiz kimi, Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanova hökm oxunub.
Mia.az xəbər verir ki, hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Bu qərar isə onun yaxınları tərəfindən narazılıqla qarşılanıb. Onlar İ.Süleymanovun cinayətkar olmadığı ilə bağlı fikirlər səsləndirir, aidiyyatı qurumlardan “Nərmin işi”nə yenidən baxmağı tələb edirlər.
Bu səbədən İ.Süleymanovun işinə yenidən baxıla biləcəyi barədə xəbərlər dolaşır. Bəs, bu, mümkündürmü?
Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı Ələsgər Məmmədli Bakupost.az -a açıqlamasında vurğulayıb ki, “Nərmin işi”ndə müəyyən təzadlar var:
“Məsələ ilə bağlı istintaqda qüsurların olduğunu mediadan da görürük. Məhkəmə sənədlərində problemlərin çoxu çözülməyib, araşdırılmayıb. Mühakimə prosesindəki şübhələr çürüdülməyib. Şəxsin cinayəti tam sübuta yetirilmədiyi müddətdə onu cinayətkar adlandırmaq, məhkum etmək olmaz. Ona görə də, bu qərar ictimai vicdanda narahatlıq doğurub. Çünki İ.Süleymanov haqqında verilən ekspertizalar, hadisə haqqında məlumatlarla bağlı təzadlar mövcuddur. Bu təzadların aradan qaldırılması da məhkəmənin işi idi. Təəssüf ki, məhkəmə bu məsələnin üzərindən sükutla keçdi”.
Hüquqşünas İ.Süleymanovun işinə baxılması üçün daha iki imkanın olduğunu bildirib: “Azərbaycanda məhkəmə-mühakimə sistemi üçpilləlidir. Bu məsələ ilə bağlı isə sadəcə, birinci pillə qərar verib. Bu o deməkdir ki, İ.Süleymanovun daha iki imkanı var: apellyasiya və Ali Məhkəmədə işə təkrar baxma mərhələləri. Əlavə olaraq, 4-cü stansiya olmasa da, şəxsin ədalətli mühakimə olunmaması və qanunsuz şəkildə azadlıqdan məhrum edilməsinə görə Avropa Məhkəməsinə müraciət edilə bilər. Onunla bağlı verilmiş qərar Apellyasiya Məhkəməsində qüvvədə qalarsa, Ali Məhkəmə imkanı var. Ali Məhkəmədə də qüvvədə qalarsa, ədalətli mühakimə hüququnun pozulması ilə bağlı Avropa Məhkəməsi və vəkillərinə müraciət edə bilər”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi