Konfrans Liqasının finalı: "Fiorentina" uduzdu, "Vest Hem" tarixi qələbə qazandı - FOTO (Yenilənib)

img

08-06-2023 [01:01]


Bu gün Praqada keçirilən UEFA Konfrans Liqasının finalında  İtaliyanın "Fiorentina" komandası ilə İngiltərənin "Vest Hem" komandaları üz-üəz gəliblər.

Mia.az xəbər verir ki, oyunun ilk hissəsində hesab açılmayıb.

İkinci hissənin  62-ci dəqiqəsində isə "Vest Hem" penalti qazanıb. Benrahma penaltini dəqiq yerinə yetirib - 0:1.

Bu qoldan 6 dəqiqə sonra isə "Fiorentina"  Bonaventuranın qolu ilə hesaba tarazlıq gətiriib - 1:1.

90-cı dəqiqədə isə "Vest Hem"dən Bover tarixi qələbə qoluna imza atıb. - 1:2.

Beləliklə, ingilis komandası Konfrans Liqasının qalibi olub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR