Nazir deputatın həbsdə saxlanılmasına haqq qazandırdı, partiya sədri razılaşmadı 

img

08-06-2023 [00:33]


“Gəzi Davası”nda həbs edilən Can Atalay mayın 14-də keçirilən seçkilərdə Türkiyə İşçi Partiyasının (TİP) xətti ilə Hataydan millət vəkili seçilsə də, o, hələ də həbsdən buraxılmayıb. Amma buna baxmayaraq, o, dünən Türkiyə parlamentinin sədri vəzifəsinə keçirilən seçkidə 7 iddiaçıdan biri olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məsələ ilə bağlı ölkənin yeni ədliyyə naziri Yılmaz Tunc jurnalistlərin sualıını cavablandırıb.

Nazir bildirib ki, həbsdə olan deputatla bağlı Ali Məhkımədə məhkəmə prosesi davam edir: "Onunla bağlı Böyük Millət Məclisinə müraciətlər var. Bu müraciətlər nəticəsində təbii ki, Məclislə Ali Məhkəmə arasında yazışmalaraolacaq və qərar buna görə veriləcək. Yəni, bu iş Ədliyyə Nazirliyinin öhdəsində deyil. Bu, Ali Məhkəmənin məsuliyyəti zonasındadır. Digər yandan bilirsiniz ki, "Gəzi işi" ilə bağlı konstitusiya quruluşu ilə əlaqəli 14 maddəni özündə etiva etdiyindən burada toxunulmazlıq tətbiqi yoxdur. Ancaq təkrar edirəm, bu məsələ Məclislə Ali Məhkəmə arasında müzakirə ilə həlllini tapacaq".

Nazirin bu açıqlamasından dərhal sonra TİP sədri Erkan Baş sosial media hesabından 4 maddəlik mesaj yayıb:

“1- Yekun hökm yoxdur, dosye Ali Məhkəmədədir.

2- Hökm olmadığına görə bunun Konstitusiyanın 14 maddəsi ilə əlaqələnməsinə kim və necə qərar verir?

3- Əgər hökm varsa, o, necə namizəd olub seçilə bilərdi?

4- Millət vəkili deyilsə, indiki seçkidə Türkiyə Böyük Millət Məclisinin başqanlığına necə namizəd ola bilər?".

Samir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR