Ziya Məmmədovdan qardaşları və onların uşaqlarına xəbərdarlıq edib

img

20-05-2014 [11:07]


Son dövrlər mətbuatın gündəmindən düşməyən nəqliyyat naziri Ziya Məmmədova vəziyyətdən çıxmaq üçün bütün ailə üzvlərinə qadağa tətbiq edib. Bu barədə jam.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, nazir onun mövqelərini əməlləri ilə zəiflədən qardaşı və onların uşaqlarına qəti tapşırıq verib ki, ən maksimum dərəcədə skandal yaradacaq hadisələrdən yayınsınlar. Hətta onların dostları ilə görüşlərinə də məhdudiyyət tətbiq edən Məmmədov bununla növbəti qalmaqallı məsələlərdən yaxasını qurtarmaq istəyir.

Mənbənin sözlərinə görə, nazir xüsusi olaraq, qardaşı uşaqlarını tənbeh edərək diqqətlərinə çatdırıb ki, əgər bir daha əvvəlki hadisələrin təkrarı ilə qarşılaşarsa, onlardan birmənalı olaraq imtina edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA