Ukraynanın suya batırılması: Rusiya əks-hücum əməliyyatlarını bu yolla dayandırmaq istəyir? - Politoloqdan şərh
07-06-2023 [18:22]
Xəbər verdiyimiz kimi, Ukraynanın Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən Kaxovka su elektrik stansiyasının (SES) bəndi məhv edilib.
Mia.az xəbər verir ki, hadisədən sonra Dneprin sol sahilində yerləşən Korsunka, Krınki və Kazaçye Lageri kəndləri su altında qalıb.
Bu və ya digər məqamlarla bağl Mia.az-a açıqlama verən Politoloq Turan Rzayevin sözlərinə görə, Kaxovka Su Elektrik Stansiyası (SES) Rusiya tərəfindən 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub:
TURAN RZAYEV
"SES olduqca strateji bir obyektdir. Belə ki, Ukraynanın cənubundakı quraq rayonların enerji, su təchizatı və suvarma məsələsini, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. Aydın məsələdir ki, Kaxovka su elektrik stansiyası Rusiya silahlı qüvvələri tərəfindən partladılıb. Məsələ ondadır ki, Rusiya Ukrayna ordusunun əks-hücum əməliyyatlarından ehtiyat edir. Rəsmi Moskva Kiyevin onu qabaqlamasını və işğal edilmiş ərazilərin geri alınmasını istəmir. Buna görə də Kiyevi əməliyyatlardan yayındırmaq və diqqətini başqa istiqamətə çəkmək üçün belə bir addım atmış ola bilər.
SES bəndinin dağıdılması ciddi humanitar fəlakətə səbəb ola bilər. Belə ki, yaşayış məskənlərinin su altında qalması ilə yanaşı, Zaporoje atom elektrik stansiyasında ciddi problemlər yaranıb. Region ikinci Çernobl fəlakəti ilə üz-üzədir".
Politoloqun fikirincə, baş verən hadisə hər nə qədər Avropada son illərin ən böyük texnogen fəlakəti sayılsa da, Ukrayna silahlı qüvvələri əks-hücum əməliyyatlarını dayandırmayacaq: "Kiyevin daha sərt hücumlar gerçəkləşdirəcəyi və bir sıra strateji obyekləri işğaldan azad edəcəyi gözlənilir.
Ukrayna regionun və dünyanın növbəti taxıl və texnogen böhran ilə üzləşmə risklərini əsas gətirib, Kremlə qarşı addımlar ata bilər".
Həmsöhbətimiz deyir ki, Kaxovka Su Elektrik Stansiyasının bəndinin məhv edilməsi ən azı Ukrayna kimi Azərbaycanı da narahat edir: "Rəsmi Bakı prosesi yaxından izləyir. Məsələ ondadır ki, Azərbaycan da bənzər hadisə ilə üz-üzə qalıb və bəlkə də Ukraynanı ən yaxşı başa düşən ölkədir. Xatırlayırsınızsa, 2020-ci ildə Ermənistan Mingəçevir Su Elektrik Stansiyasını “İsgəndər-E” raketi ilə vurub dağıdacağını deyərək ölkəmizi təhdid etmişdi. Lakin xoşbəxtlikdən bu baş vermədi. Çünki Mingəçevir SES ölkənin ən strateji obyektlərindəndir və rəsmi Bakı ehtimal gərginlik anında İrəvanın buranı potensial hədəf halına gətirəcəyini yaxşı bilirdi. Buna görə də Mingəçevir, Bakı və digər şəhərlərdə yerləşən obyektlərin təhlükəsizliyi təmin edilmişdi.
Düzdür, dəqiq informasiya olmasa da, Azərbaycanın strateji obyektləri “Barak 8” və ya “Dəmir Qübbə” ilə qoruduğu haqda iddialar var. Məhz buna görə də Ermənistanın atdığı raketlər havadaykən məhv edildi.
Bütün bunlara baxmayaraq, beynəlxalq aləm SES-lərə hücuma görə ortaya sərt mövqe qoymalı, xüsusi cəza tədbirlərini nəzərdən keçirməlidir".
Tahir Şəlvəli
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi