İmamoğlu Kılıçdaroğlunu istefaya çağırdı: "Qulaq tıxayaraq bu işlər yürüməz"

img

07-06-2023 [15:55]


Mayın 28-də keçirilən 2-ci tur seçkilərində CHP lideri Kamal Kılıçdaroğlunn uduzmasından snra İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu üstüörtülü şəkildə onu istefaya zorlayır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün də kameralar qarşısına keçən İmamoğlu növbəti dəfə istefa mesajı verib: "Siyasətə girdiyim gündən həmişə cəmiyyətin gözləntilərini ön planda tutmuşam. Millətimiz, ölkəmiz hər şeydən öndədir. Siyasi partiyalar xidmət vasitəsidir. Bu, mənim anlayışımdır. Dəyişiklik çox əhəmiyyətli bir anlayışdır. Keçən həftə verdiyim açıqlamada çox açıq bir dəyişiklik mesajı var idi. Eyni yerdə davam edirəm, dəyişiklik anlayışını ən güclü şəkildə tələb edəcək vəziyyətdəyəm.

Hamımız bilirik ki, dəyişiklik təkcə partiyanın İdarəı Heyətini dəyiişməklə olmur. Bununla ölkənin dəyişməsi ilə baş verməyəcək. Dəyişiklik ehtiyacını təkcə mən yox, cəmiyyət tələb edir. Qulağımızı tıxasaq, bunlar olmaz. Mən demokratiyanın əsgəri olmağa və hər bir anlayışa qarşı ən yüksək səviyyədə mübarizə aparmağa davam edəcəyəm".

Kılıçdaroğlu ilə görüşündə nələrin müzakirə edildiyi sualını cavablandıran İmamoğlu deyib ki, hımin görüşdə öz fikrini deyib: "Bütün hisslərimi və düşüncələrimi onunla bölüşdüm. Həmişə demişəm ki, ideallarım naminə heş bir məsələdə iştirak etməkdən çəkinməmişəm".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR