Xersonda təbii fəlakətin miqyası böyüyür: zoopark suyun altında qalıb, bütün heyvanlar məhv olub - FOTO

img

07-06-2023 [09:39]


Ukraynanın Xerson vilayətində fəlakətin episentri olan Novaya Kaxovka rayonunda "Казкова діброва" adlı zoopark suyun altında qalıb.

Mia.az xəbər verir ki, bu barədə  "UAnimals" Heyvan Haqqları Təşkilatı zoopark əməkdaşına istinadən məlumat verib.

Bildirilib ki, qəfəslərdə olan bütün heyvanlar tələf olub: "Təkcə qu quşu və ördəklər sağ qalıb.Təbii fəlakət zonasında xeyli iribuynuzlu və xırdabuynuzlu mal-qara, eləcə də pişiklər, itlər məhv olub...".

Xatırladaq ki, dünən Xerson vilayətinin Rusiyanın nəzarətində olan Nova Kaxovka ərazisində Su Elektrik Stansiyasının su anbarınını bəndin top atəşi ilə dağıdılıb. N\tiocədə bölgədə dəhşətli təbii fəlakət yaşanır.

Samir Musayev

MİA.AZ

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR