Sabiq Baş nazir: "Ərdoğan Süleyman Soyluya görə bütün nazirləri seçkiyə yönləndirdi"

img

06-06-2023 [13:32]


Sabiq Baş nazir, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu FOX TV-də Ərdoğanın yeni nazir təyinatlaır barədə sualı cavablandırıb.

Mia.az xəbər verir ki,yenilən Nazirlər Kabinetindən danışan Davudoğlu keçmiş daxili işlər naziri Süleyman Soylu ilə bağlı mühüm iddia irəli sürüb.

Keçmiş nazirlərin deputat edildiyini xatırladan Davudoğlu bildirib ki Süleyman Soylu nazir olmasın deyə bütün Nazirlər Kabineti üzvlərinin millət vəkili seçilməsinə nail olublar: "Gördüyüm mənzərə budur. Prezident Ərdoğan təkcə Soylunu vəzifədən çıxarmağın Baxçalı ilə aralarında problem yaradacağından ehtiyat edirdi. Ona görə belə addım atdı".

“Parlamentdə Gələcək Partiyası, DEVA Partiyası, Səadət Partiyası ilə birlikdə qrup yaradılacaqmı?" sualına cavab verən Davudoğlunun sözlərinə görə, bu yöndə danışıqlar aparılacaq.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR