İnam Kərimova daha bir səlahiyyət verilir, Fikrət Məmmədov isə... - Məhkəmə sistemində növbəti dəyişikliyə hazırlıq görülür
06-06-2023 [12:28]
Azərbaycanda məhkəmələrin maddi-texniki təminatı ilə bağlı bütün səlahiyyətlər Ədliyyə Nazirliyindən alınaraq Məhkəmə – Hüquq Şurasına veriləcək.
Mia.az xəbər verrir ki, bu barədə Gununsesi.info-ya daxil olan məlumata görə, bu dəyişikliklər məhkəmə-hüquq sahəsində start verilən genişmiqyaslı islahatlarla bağlıdır.
Xatırladaq ki, hazırda məhkəmə instansiyalarının fəaliyyətinin təşkili ilə bağlı bütün xərclər Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Müstəqil hüquqşünaslar, habelə beynəlxalq təşkilatlar bu amili məhkəmə orqanlarının müstəqilliynə xələ gətirən hal kimi tənqid edirlər.
Mənbə bildirib ki, yaxın günlərdə “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna ciddi dəyişikliklər həyata keçirləcək. Bu qurumun tərkibi, səlahiyyətləri genişləndiriləcək, ən əsası müstəqil qurum kimi fəaliyyəti təmin olunacaq.
2019-cu il aprelin 3-də Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Təəssüf ki, aradan 4 il ötsə də Fərmanın icrası təmin edilməyib, yalnız hakimlərin maddi təminatının yaxşılaşdırılması, elektron məhkəmə sisteminin yaradılması və s. tədbirlər görülüb.
Xatırladaq ki, bir neçə gün əvvəl “Gununsesi.info Ədliyyə naziri Fikrət Məmmədovun Şuranın sədrliyindən gedəcəyini və Ali Məhkəmənin sədri İnam Kərimovun onu əvəz edəcəyi ilə bağlı xəbər yaymışdı. İnam Kərimov bu il aprelin 18-dən Ali Məhkəmənin sədri Məhkəmə-Hüquq Şurasının üzvü olub.
Xatırladaq ki, Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Onun tərkibi əsasən hakimlərdən, habelə icra, qanunvericilik, prokurorluq orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət olur. Ədliyyə naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.
MİA.AZ
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı