Bərdədə qətl: 36 yaşlı ər 33 yaşlı arvadını bıçaqlayıb

img

05-06-2023 [15:18]


Bərdədə arvadını qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Mia.az xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 2-si saat 09 radələrində Bərdə rayonu ərazisində 1990-cı il təvəllüdlü Rəvanə Həşimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Zöhrab Həşimovun aralarında yaranmış mübahisə zamanı Rəvanə Həşimovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Zöhrab Həşimov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR