Bakıda şagirdlər və valideynlər aksiya keçirib: Direktorun istefası istənilir - FOTOLAR, VİDEOLAR

img

19-05-2014 [16:08]


Bu gün Texniki Humanitar Liseyində şagirdlər və onların valideynləri aksiya keçiriblər.

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, buna səbəb test imtahanlarının düzgün keçirilməməsi olub.

Etiraz edən valideynlər bildiriblər ki, onların narazılığına səbəb 6-cı sinif şagirdlərinin test suallarına 7 və 8-ci siniflərin dərslik kitablarından sualların salınması, həmçinin yaxşı oxuyan şagirdlərin liseydən qovulması ilə bağlı xəbərdarlığın edilməsidir.

Şagird və valideynlər liseyin direktoru Simuzər Əliyevanın istefa verməsini istəyirlər.

Onların bildirdiyinə görə, bu lisey yeganə ödənişsiz liseydir və məhz lisey rəhbərliyi ödənişli sistemə keçmək üçün şagirdləri liseydən uzaqlaşdırmaq istəyir.

Şagirdlər istefa şüarı səsləndiriblər, sonda təhsil müəssisəsinə polis çağırılıb.

İslamazeri.az-a həmçinin valideynlər bildiriblər ki, liseyin direktoru Simuzər Əliyeva iki dəfə məktəb direktoru vəzifəsindən uzaqlaşdırılıb.


*****
14:45

Bu gün Texniki-Humanitar liseyində tələbələr aksiya keçirib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, səhər saatlarında baş tutan aksiyada tələbələrin valideynləri də iştirak edib.

İlkin məlumata görə, tələbələrin aksiya keçirməsinin səbəbləri onların keçiriləcək yay imtahanları ilə bağlı bəzi narazılıqlarından qaynaqlanır.

Aksiya iştirakçıları liseyin direktoru Simuzər Əliyevanın istefasını tələb ediblər.









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA