11 saylı «zon»da kütləvi etiraz aksiyası gözlənilir

img

19-05-2014 [15:44]


Penitensiar Xidmətin 11 saylı cəza çəkmə müəssisəsində cəza çəkən məhkumlardan birinin valideyni tərəfindən maraqlı məlumat daxil olub. Qeyd edək ki, həmin valideyn bu günlərdə müəssisədə görüşdə olub. Bizə verilən informasiya həmin müəsissədə cəza çəkən İslam Partiyasının sədri Möhsüm Səmədov barədədi. Mənbəmiz bildirir ki, patiya sədri bir neçə gün əvvəl karserə salınıb. Möhsüm Səmədovun cəzalandırılmasının səbəbi isə çox qəribə olub. Cəm namazından sonra, Əfqan adlı bir məhkumla yaşadığı yataqxanaya qayıdan partiya sədri bir qrup adamın dava etdiyini görüb. Dava edənlərdən birinin adı «Tovuzlu Eyvaz» olub. Möhsüm Səmədov Əfqanla birgə həmin adamları ayırmağa başlayıb. Müəssisənin əməkdaşları dalaşanlarla yanaşı M. Səmədovla Əfqanı da karserə salıb. Maraqlıdır ki, dava prosesində iştirak edənlər dərhal azad edilsə də, İslam Partiyasının sədri ilə Əfqan hələ də karserdədir.

Azinform.az Əfqanın da kimliyini dəqiqləşdirib. Əslən Cəlilabaddan olan Əfqan da dindardı. Bundan əvvəl də bir neçə dəfə Möhsüm Səmədovla birlikdə karserə salınıb. Möhsum Səmədovla Əfqanın hazırda karserdə müddətsiz aclıq aksiyası keçirdiyi bildirilir. Bu gün isə müəssisədə olan digər dindarların da kütləvi şəkildə bu aksiyaya qoşulacağı deyilir.Mənbəmizin bildirdiyinə görə, 11 saylı müəsissə rəhbərliyinin Möhsüm Səmədova qarşı bi cür aqresiv davranışının kökündə partiya sədrinin dəfələrlə cəm namazında müəssisədə narkomaniyanın geniş yayılmasında rəhbərliyi günahlandırması və onları sərt təınqid etməsi durur.

11 saylı cəza cəkmə müəssisəsinin adının cəkilməsini istəməyən əməkdaşlarından biri bizimlə söhbətində Möhsüm Səmədovun həqiqətəndə karserdə aclıq etdiyini təsdiqlədi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA