Tehranın casusluq oyunu və ya... - Azərbaycanlı tələbə İranda niyə həbs olundu?
03-06-2023 [11:07]
Xəbər verdiyimiz kimi, 3 ay əvvəl İranda yoxa çıxan Azərbaycan vətəndaşı olan Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli adıçəkilən ölkədə casusluq ittihamı ilə həbs olunub.
Mia.az xəbər verir ki, Fərid Səfərli fevralın 20-də İrana səfərə getsə də, martın 4-dən etibarən ondan xəbər alınmayıb. Onunla bağlı müraciət isə Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərlinin taleyi ilə bağlı İranın Azərbaycandakı səfirliyinə iki dəfə nota verib. Məhz çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notaya cavab olaraq, onun həbs olunduğunu, haqqında cinayət işi başladıldığını bildirib.
Fərid Səfərlinin casusluq kimi ağır bir ittihamla həbs edilməsi kimi onun İrana gəlişi də qeyri-adi və sirlidir.
Bu və ya digər məqamlarla bağlı Mia.az-a açıqlama verən politoloq Turan Rzayevin sözlərinə görə, Fəridin Almaniyadan İrana gəlişi olduqca müəmmalıdır: "Belə ki, hər şey onun Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olması ilə başlayıb. Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Məhz bundan sonra Fərid İstanbuldan İrana gedib. Beləliklə o, həbs olunub. Hadisələrin inkişaf xətti və nəticəsi onu deməyə əsas ki, Fəridin tanış olduğu iranlı xanım SEPAH agentidir. İstanbulda görüşün baş tutmaması və iranlı xanımın vizasının alınmamasını hadisələrin kuliminasiya nöqtəsi hesab etmək olar. Mümkündür ki, Fərid elə İrana ayaq basdığı hava limanının ərazisində qəfil həbs edilib".
Politoloq deyir ki, İranda azərbaycanlı tələbənin casusluq ittihamı ilə həbs olunması prinsip etibarilə ilk belə hal deyil: "Analoji hadisə 2008-ci ilin oktyabrında da baş vermişdi - azərbaycanlı alim Rəşid Əliyev həbsə atılmışdı. Rəşid Əliyev Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi olaraq İranın "Sazan Elektronics İndustry Company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkət rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkət direktoru Eftexarinin təkidli xahişindən sonra, Əliyev sonuncu dəfə İrana qayıdıb. Lakin bu dəfə o, viza problemi bəhanə gətirilərək həbs edilir. Rəşid Əliyev İran məhkəməsinin hökmü ilə saxta ittihamlarla, özünün iştirakı olmadan 3 il müddətinə azadlıqdan məhrum edilib. 1 il 10 ay həbsdə olandan sonra, avqustun 11-də azadlığa buraxılıb. Həbsdən azad olunduqdan sonra da R.Əliyev dəfələrlə hədələnmiş, hətta İranın Azərbaycandakı keçmiş səfiri M.Bəhrami açıq şəkildə onu Azərbaycan agenti adlandırmışdı. Rəşid Əliyev, Fərid Səfərli kimi nümunələr əslində çoxdur. Azərbaycan vətəndaşlarının İranda həbs edilməsi, incidilməsi ilə bağlı kifayət qədər faktlar mövcuddur. Mövcud İran-Azərbaycan gərginliyi fonunda bu ölkəyə səfərlər yeni Rəşid Əliyev, Fərid Səfərli kimi insidentlərin yaranmasına gətirib çıxara bilər".
T.Rzayev bildirib ki, son dövrlər Azərbaycanda İranın casus şəbəkəsinin ifşa olunması, səs-küylü həbslərin həyata keçirilməsi qarşı tərəfi öz mahiyyətinə uyğun əməllərə əl atmağa vadar edir: "İran hazırda bu ölkəyə müalicə, təhsil, ticarət, turistik səfər edən bütün Azərbaycan vətəndaşına potensial casus kimi baxır. SEPAH-a bağlı xüsusi şəxslər bu insanlarla müxtəlif yollarla təmasa keçib onlara sonda casusluq təklif edir, rədd cavabı aldıqda isə “azərbaycanlı casus” yaradıb, onu həbs etmək yoluna baş vurur. İran bununla həm də diqqəti öz üzərindən yayındırmağa, əsl üzünü gizlətməyə cəhd edir. İran bu gün dünyada terrora dəstək verən ölkə kimi tanınır. Təsadüfi deyil ki, bu gün molla rejiminin Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları aktiv şəkildə fəaliyyət göstərir. İran bu strukturları Cənubi Qafqaza da tətbiq etmək istəyir.
Hesab edirəm, İrana səfərlər dövlət səviyyəsində rəsmən qadağan olunmalıdır. Belə ki, hazırda sərhədlərin bağlı olması səbəbi ilə bəzi vətəndaşlarımız İrana üçüncü ölkələr vasitəsilə səfər edirlər. Bu isə daha təhlükəlidir".
Politoloq iddia edir ki, məsələyə başqa bir aspektdən baxdıqda, hazırda dünyada düşmən münasibəti ilə seçilən ölkələrə vətəndaşların səfərlərinin qadağan olunması kimi nümunələr var: "Buna misal kimi, ABŞ və Yaponiyanın öz vətəndaşlarının Şimali Koreyaya səfərini qadağan etməsini göstərmək olar. Bu ölkələrdə müvafiq qadağanı pozan şəxslərin 5 ildən 10 ilə qədər həbs edilməsi təcrübəsi belə var. Biz də hələlik belə bir sərt qadağa olmasa da vətəndaşlarımız özü məsuliyyətini dərk etməlidir".
Samir MUSAYEV
MİA.AZ
Spiker 830 min manatlıq kompüter alır
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb