İSBAM sədri Prezidentin köməkçisinə rəsmi müraciət edib - Səbəb
01-06-2023 [09:21]
İctimai Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi -Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Prezidentin köməkçisi Hikmət Hacıyevə rəsmi müraciət edib.
Bu barədə Mia.az-a müraciətinin surətini təqdim edən İSBAM sədri bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən 2023-cü il “Qərbi Azərbaycanlılarının Qayıdış Konsepsiyasının” icrasına İctimai dəstəyin verilməsinə dair Qrant Müsabiqəsinə layihə təqdim edib:
"Layihə haqqında qısa olaraq bildirim ki, Makedoniyanın paytaxtı Skopye şəhərində Qərbi Azərbaycanlıların tarix, memarlıq və mədəni irsini əks etdirən tanıtım həftəsi təşkili nəzərdə tutulub. Proqram çərçivəsində Makedoniyalı alimlərin mütəxəssislərin, mədəniyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə konfransın keçirilməsi, foto sərgilər təşkil edilməsi, Makedoniya KİV- ləri üçün geniş informasiyanın təmin edilməsi planlaşdırılıb. Eləcə də Makedoniya Parlametində, Mədəniyyət Nazirliyində, ayrı- ayrı nüfuzlu siyasi partiya, QHT və televiziyalarda Qərbi Azərbaycanın tanıtımı məqsədi ilə görüşlər keçirilməsi nəzərdə tutulub. Agentlik tərəfindən layihələrnən bağlı bu günə kimi hansısa bir iradla qarşılaşmamışıq. Əksinə hər zaman və xüsusən ötən il 2022-ci il layihəsində də Agentliyin rəhbərliyi tərəfindən sözün əsl mənasında uğurlu fəaliyyətə görə şəxsən özümə şifahi şəkildə təşəkkür edilib".
S.Adıgözəllinin sözlərinə görə, 30 ildən artıqdır ölkəmizin ictimai siyasi həyatında əmək verir: "Rəhbərlik etdiyim təşkilat da, QHT sektorunda uzun illərdir uğurlu fəaliyyətini göstərməkdədir. Mərkəzimizə ildə bir dəfə qrant ayrılmasına baxmayaraq, ilboyu ölkədə və xaricdə çoxsaylı tədbirlər icra etməkdədir. Həyata keçirdiyimiz layihələr statistika məqsədi daşımamış ölkəmizi adına nüfuz gətirmişdir. İllər boyu fəaliyyətimizi izlədiyiniz zaman peşəkarlıq, ardıcıllıqla bərabər Respublikamızın milli maraqlarının daim bir nömrəli məqsəd daşıdığı göz önündədir. Qərbi Azərbaycan mövzusuna müraciət etmək hər baxımdan haqqımız və illərin təcrübəsinə dayanmaqdadır. Rəhbərlik etdiyim Mərkəzin bir beyin İnstitutu olması üçün dövlətimiz tərəfindən lazım olan dəstəyin göstərilməsi vacibdir. Təəssüflər olsun ki, il boyu heç bir yerdən maddi dəstək almayan İSBAM kimi təşkilata QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən qrantın ayrılmaması anlaşılmazdır və qəbuledilməzdir".
O, sonda yazıb: "Qiymətli vaxtınızı almamaq məqsədilə yuxarıda qeyd olunan nüanslarla bağlı daha ətraflı vətəndaş cəmiyyətini narahat edən məqamları qeyd etmirəm. Sizdən xahiş edirəm, Agentlik tərəfindən qrant müsabiqəsi ilə bağlı Mərkəzimizə qarşı ədalətsiz mövqeyə yenidən baxılmasını və müsbət qərar verilməsinə köməklik göstərəsiniz".
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi